Accessibility links

Rusiyalı ''gizli agent'' məhkəmə qarşısına çıxarılıb


Mariya Butina
Mariya Butina

ABŞ-da xarici dövlətin qanunsuz agenti kimi fəaliyyət göstərməkdə ittiham edilən rusiyalı qadın çərşənbə günü zəmanətə buraxılması ilə bağlı məhkəmə qarşısına çıxarılıb. Prokurorlar Mariya Butinanın ölkəni tərk etmək riski olduğu üçün onun zəmanətə buraxılmasına icazə verməyib.

29 yaşlı silah hüququ müdafiəçisi və Milli Silah Assosiasiyası ilə sıx əlaqələri olan Mariya Butina çərşənbə axşamı ABŞ baş prokuroruna məlumat vermədən ölkədə xarici agent kimi fəaliyyət göstərməkdə təqsirləndirilib.

Federal Təhqiqat Bürosu Butinanı 2016-cı ilin avqust ayında tələbə vizası ilə Birləşmiş Ştatlara daxil olana qədər bir neçə dəfə ABŞ-da olan “gizli agent” kimi təsvir edib.

Mariya Butinaya qarşı irəli sürülən ittihamlara dair məhkəmə sənədinin foto nüsxəsi
Mariya Butinaya qarşı irəli sürülən ittihamlara dair məhkəmə sənədinin foto nüsxəsi

​FBI sənədlərinə əsasən, Butina “özəl”, ya da Butinanın özünün dediyi kimi, “qeyri-rəsmi əlaqə kanalı” yaratmaq məqsədilə “Amerika siyasətçiləri ilə münasibətlər qurmaq üçün addımlar atıb”.

Bu səylər ABŞ-ın ən böyük silah lobbisi olan Milli Silah Assosiasiyası da daxil olmaqla, Birləşmiş Ştatların siyasi təşkilatları ilə əlaqələr qurulmasını əhatə edir.

İttihamlar öz təsdiqini taparsa Butinanı beş ilə qədər həbs cəzası gözləyir

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG