Accessibility links

ABŞ səfiri Seul xəstəxanasından çıxarılıb


Mark Lippert müxbirlərə deyib ki, baş verənlərə baxmayaraq, o özünü çox yaxşı hiss edir və tezliklə tam sağalacağına ümid bəsləyir

Ötən həftə bıçaqla hücuma məruz qalan ABŞ-ın Cənubi Koreyadakı səfiri Seul xəstəxanasından evə buraxılıb.

Çərşənbə axşamı səfir Mark Lippert müxbirlərə deyib ki, baş verənlərə baxmayaraq, o özünü çox yaxşı hiss edir və tezliklə tam sağalacağına ümid bəsləyir.

“Təbii ki, bu çox qorxulu hadisə idi. Amma mən gəzə, danışa, uşağımı saxlaya, həyat yoldaşımı qucaqlaya bilirəm. Sadəcə əlim reabilitasiya olunmalıdır. Tibbi professionalların köməyi ilə üzüm də sağalır. Dediyim kimi, özümü çox yaxçı hiss edirəm”, deyə cənab Lippert bildirib.

Səfir qeyd edib ki, onun Cənubi Koreyaya olan sevgisi bu hadisə ilə əlaqədar ona verilən böyük dəstəkdən sonra daha da artıb. O tezliklə işə qayıdacağını deyib.

42-yaşlı səfir Cənubi Koreyada özünü təhlükəsiz hiss etdiyini bildirsə də, ABŞ rəsmiləri təhlükəsizlik qanunlarını bir daha nəzər yetirəcəklərini bildiriblər.

Baar günü rəsmilər bildirib ki, səfirə hücum edən şəxsin cinayətə cəhddə ittiham olanacağı gözlənilir.

Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər agentliyi hücumu “cəza” və davam etməkdə olan ABŞ-Koreya hərbi əməliyyatlarına qarşı “müqavimət” adlandırıb.

Seulun mərkəzi polis idarəsi şübhəli şəxsin 1999-2007-ci illər arasında 7 dəfə Şimali Koreyaya səfər etdiyini bildirib. O özü isə Şimali Koreyadan heç bir göstəriş almadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG