Accessibility links

Marqo Robbi yeni layihə üzərində işləyir... aktrisa ana olmağa hazırlaşır.

OK! Magazine-ə istinadən yenilikdə ailə quran aktrisa ailəsinə zaman ayırmaq üçün ilin sonunadək qarşıdakı film layihələrinin sayını azaldıb.

Deyilənə görə, Marqo və Tom Akerli dekabrda ailə qurduqdan sonra qısa zaman diqqəti ailəyə yönəltməyə qərar verib.

Mənbə yazır ki, o və Tom 2017-ci ilin sonunadək valideyin olmağa ümid edir. Ötən ilin iyulunda isə Marqo `News Corp Australia` jurnalına çoxlu uşağının olmasını istədiyini bildirib.

Marqo özü isə bu məqalə haqda bir şərh verməyib. Ola bilsin ki, o, artıq planı yerinə yetirməklə məşğuldur.

XS
SM
MD
LG