Accessibility links

Niyə bəzi amerikalılar maskalara müqavimət göstərir?


Virciniya ştatının Aleksandriya bölgəsindəki bir ərzaq mağazasında Laura Şaforu adlı müştərini mağazaya maskasız girmək istəyən iki nəfər narahat edib. "Onlar bizi koronavirusa yoluxma təhlükəsi qarşısında qoyurlar" - deyə, o bildirib.

Digər müştəri Coşua Rayt isə narahat deyil. "Bu virusdan xəstələnən heç kimi tanımıram, əgər xəstələnəcəyəmsə, xəstələnim” deyir.

28 yaşlı Rayt deyir ki, o, maskanı keçən cümə günündən, Virciniya ştatında ictimai yerlərdə və iş yerlərində insanların maska taxmalarına dair sərəncam verildikdən sonra taxmağa başlayıb.

''Mən gəncəm, sağlamam, yoluxmağımın fərqi yoxdur '' deyən, yüngül və ya heç bir simptomu olmayan gənclər virusu müxtəlif yaşlardakı insanlara keçirmə zəncirinin çox vacib bir hissəsi ola bilər" - deyə, Tennessi ştatının Neşvil şəhərindəki Vanderbilt Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin direktoru, doktor David Aronof bildirir.

Aronof bəzi insanların hələ də nəfəsinin başqa bir insan üçün ölümcül ola biləcəyinı anlmadığını və maskanın xəstəliyin yayılmasının qarşısını almağa yardım etdiyini deyir.

COVID-19-dan 100 mindən çox insanın öldüyü ABŞ ölüm nisbətinə görə dünyada birinci yerdədir.

Virciniya ilə yanaşı ABŞ-ın bir çox yerində ictimai yerlərdə maska taxılmasına göstəriş verilib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sosial məsafəni qorumağın çətin olduğu ictimai yerlərdə hər kəsə maska və ya üz örtüyü taxmağı tövsiyə edir.

Nyu-York Universitetinin Qlobal İctimai Səhiyyə şöbəsinin professoru, psixoloq David Abramsın dediyinə görə, insanların üzlərini örtməməsinin səbəbləri onların özləri kimi müxtəlifdır.

""Onsuz da koronavirusdan xəstələnməyəcəyəm, niyə maska taxım", və ya "onsuz da köməyi olmayacaq" deyənlər var. Bundan əlavə, daha səthi səbəblər də var, məsələn, biri maska taxmaqdan utanır və ya "insanlar mənim gülümsəməyimi görmür" deyənlər də var" - deyə, professor Abrams bildirir.

Kaliforniya Universitetindən neyro-bioloq Conas Kaplan deyir ki, bəzi insanlar onlara nə edəcəklərini deməyi sevmir və buna görə də üzlərini örtmə fikrinə qarşı çıxırlar. "Onlar üçün maska taxmaq fərdi azadlıqlarının pozulmasıdır və buna görə də onlar maska taxmamağın fərdi azadlıq olduğunu düşünürlər" - deyə, o bildirib.

Aronoff maska taxma fikrinin bəlkə də ictimai xidmət elanları vasitəsi ilə yayılmasının lazım olduğunu düşünür. O, həmçinin maskaların dəb halına gətirildiyi təqdirdə, sevimli idman komandası kimi fərdi dizaynlarla insanlar geyinməyə daha çox alışdıra biləcəklərini söylədi.

XS
SM
MD
LG