Accessibility links

Makmaster İstanbulda Kalınla görüşüb


McMaster
McMaster

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster bazar günü İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşüb. Bu haqda Türkiyə hökumət strukturlarında mənbə məlumat verib. Görüş NATO müttəfiqləri arasında Suriyada vəziyyət və başqa məsələlərlə bağlı gərginlik fonunda keçib.

Türkiyə Suriyanın Afrin regionunda bir neçə həftədir Suriya kürdlərinin YPG birləşmələrinə qarşı havada və quruda əməliyyatlar aparır. Ankara YPG-ni terrorçu qrup hesab edir, lakin ABŞ Suriyada İŞİD-a qarşı mübarizədə qrupu əsas kompenentlərdən biri sayır.

Ərdoğan Türkiyə sərhədini militantlardan təmizləməyə söz verib. Bu addım Türkiyə hərbi qüvvələrini Suriyada ABŞ hərbi qüvvələri ilə qarşıdurma vəziyyətində qoya bilər.

Makmasterin İstanbulda İbrahim Kalınla görüşü ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə gözlənilən səfərindən bir neçə gün öncə baş tutub.

Türkiyə tankları Suriya sərhədində
Türkiyə tankları Suriya sərhədində

Mənbənin bildirdiyinə görə, görüş zamanı Türkiyə və ABŞ arasında uzun müddətli strateji tərəfdaşlıq təsdiq edilib və bəzi həssas məsələlər və prioritetlər nəzərdən keçirilib.

Makmaster və Kalının regional inkişaflar və iki müttəfiq arasında münasibətlərə təsir göstərən amilləri dəyərləndirdiyi, terrorizmə qarşı mübarizə yollarını müzakirə etdiyi bildirilib, lakin detallar açıqlanmayıb.

Keçən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, o, səfər zamanı Tillersona iki ölkənin sarsılmış qarşılıqlı etimadı bərpa etməli olduğunu söyləyəcək. Tillersonun səfərinin tarixi hələ təsdiq edilməyib.

İki ölkə arasında münasibətlərfə gərginliyin daha bir səbəbi isə Vaşinqtonun ABŞ-da yaşayan din xadimi Fətullah Güləni ekstradisiya etməməsi ilə bağlıdır. Türkiyə Güləni 2016-cı dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham edir. Vaşinqton isə Ankaranın onun ekstradisiyası üçün kifayət qədər dəlil təqdim etmədiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG