Azərbaycanda dekabrın 6-da ölkə ərazisində matəm elan edilib. Yerli medianın məlumatına görə, bu barədə prezident İlham Əliyev qərar qəbul edib.
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.