Accessibility links

İki məşhur Amerika aparıcısı seksual təcavüz iddiaları ilə əlaqədar vəzifələrindən kənarlaşdırılıb


NBC kanalının xəbər yayım direktoru deyib ki, `Today`şousunun aparıcısı Mett Laueren iş yerində qeyri-münasib seksual davranışı barədə həmkarı tərəfindən ətraflı şikayət qəbul edildikdən sonra o, vəzifəsindən azad edilib.

Endi Lek əlavə edərək bildirib ki, şəbəkə bunun yeganə insident omladığına inanmağa səbəbi olduğundan onu vəzifəsindən azad etməyə qərar verilib.

NBC Lauer barədə şikayətlərin təfsilatına varmayıb.

Bundan başqa çərşənbə günü Minnesota İctimai Radio-su uzun zaman orada çalışan Qarrison Keillor-u “ədəbsiz davranışına” görə vəzifəsindən kənarlaşdırıb.

Bəzi pərəstişkarları xəbəri Keillor-un Nyu-York şəhərində keçiriləcəyi nəzərdə tutulmuş şouda alıb.

“Seksual təcavüz hallarının ciddiliyinin dərəcələri var, amma bu kimi hallar dərəcəsindən asılı olmayaraq qəbuledilməzdir” – deyə onun pərəstişkarlarından biri Rik Pokok bildirib.

Keillor dünya boyu A Prairie Home Companion adlı şousu ilə tanınır.

Lakin Keillor The Minneapolis Star Tribune qəzetinə qadın həmkarının çılpaq kürəyinə toxunduqdan sonra ondan üzr istədiyini deyib.

O, deyir ki, o və sözü gedən qadın “onun vəkili Keillor-a zəng edənədək” dost olublar.

Lauer və Keillor seksual təcavüz ittihamları ilə qarşılaşan son ABŞ məşhurlarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG