Accessibility links

ABŞ-ın müdafiə naziri Türkiyənin müdafiəsi vədlərini bir daha təkrar edib


ABŞ-ın müdafiə naziri Türkiyənin müdafiəsi vədlərini bir daha təkrar edib. Baxmayaraq ki, rəsmi Ankara Amerikanın Suriyanın kürd yaraqlılarına Rəqqada İŞİD əleyhinə mübarizədə dəstək vermək qərarına qarşı çıxıb.

Ceyms Mattis ABŞ-ın NATO-nun müttəfiqi kimi Türkiyəni dəstəkləyəcəyini Türkiyəinin baş naziti Binəli Yıldırımla yüksək səviyyəli görüşdən sonra deyib.

Adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildrilir ki, Amerika Türkiyə ilə kəşfiyyat məlumatlarının mübadiləsini aparacaq. Bu məlumatların terrorçuların daha yaxşı hədəflənməsinə yardım edəcəyinə ümid bəslənilir.

Rəsmi silahların kürdlərə hələ göndərilmədiyini deyib.

Lakin ABŞ polkovniki Con Dorrian silahların ilk partiyasının göndəriş üçün hazır olduğunu və te bir zamanda küdrlərə çatdırılacağını bəyan edib.

Türkiyə Vaşinqtonun Suriya kürdlərinin YPG hərbi qrupunu silahlandırması qərarını qəzəblə qarşılayıb.

YPG Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv hərbi qruplardan biri hesab edilir. Lakin Ankara YPG-ni fəaliyyəti qadağan olunmuş PKK təşkilatı ilə əlaqəsi olan terrorçu qrup adlandırır. Vaşinqton Türkiyədə uzun illərdir silahlı mübarizə aparan PKK-nı terrorçu təşkilat kimi tanıyır.

YPG
YPG

“Xalq Müdafiə Birləşmələri-YPG tərəfindən əldə edilən hər bir silah Türkiyə üçün təhlükədir ”- deyə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz ABŞ tərəfindən bu qərarı qəbul etməyəcəyik. ABŞ yaxşı bilir ki, Suriya kürdlərinin qrupu terrorçu təşkilatdır”-deyə Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

ABŞ prezidenti Donald Trampın qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə aylardır aparılan lobbiçilik səylərindən və bunun ikitərəfli münasibətlərə mümkün təsirləri ilə bağlı xəbərdarlıqlardan sonra verilib.

Lakin gələn həftə Ağ Evdə ABŞ prezidenti ilə görüşəcək prezident Ərdoğan ABŞ-dan Suriya kürdlərinin silahlandırılmasına dair qərarını dəyişməsini tələb edib.

XS
SM
MD
LG