Accessibility links

Mattis Çinin Cənubi Çin dənizindəki süni adaları hərbiləşdirməsini qəbuledilməz adlandırıb


Şənbə günü Sinqapurda keçirilən illik təhlükəsizlik forumunda ABŞ müdafiə naziri Ceyms Mattis Çinin Şimali Koreya məsələsində beynəlxalq ictimaiyyətlə işləmək səylərini alqışlayıb. Lakin Cənubi Çin Dənizinə gəldikdə isə o, Çinin oradakı süni adaları hərbiləşdirməsini və beynəlxalq qaydalara qarşı etinasızlığını qəbuledilməz adlandırıb.

“Biz Çinin beynəlxaq ictimaiyyətin maraqlarına zidd addımlar ataraq, Çin də daxil olmaqla bütün ölkələrə fayda verən qanunlara əsaslanan nizamı pozmasını qəbul eəd bilmərik”, deyə Mattis Şanqri-La Dialoqda nümayəndələr və media önündəki çıxışında bildirib.

O deyib ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında rəqabətin olması normal hal olsa da, münaqişə labüd deyil.

Cənubi Çin Dənizi
Cənubi Çin Dənizi

“Süni ada salınması və beynəlxalq sulardakı təsisatların hərbiləşdirilməsi regional sabitliyi sarsıdır”, Mattis deyib və qeyd edib ki, Çinin süni adalarda ordu yerləşdirməsi digər ölkələrin etdiklərindən fərqlənir.

Mattis deyib ki, Pekinin yanaşması təkcə süni adaların silahlandırılma mahiyyətinə görə deyil, həm də “Çinin beynəlxalq qanuna məhəl qoymaması, digər ölkəlrin maraqlarına qarşı hörmətsizliyi və məsələrin gərginlik yaranmadan həll etməyin qarşısını almaq səylərinə görə fərqlənir”.

Çin Hərbi Araşdırmalar Akademiyasının vitse-prezidenti və Çinin forumdakı deleqasiyasının başçısı general-leytenant He Lei Mattisin ittihamlarını rədd edib. O deyib ki, Çin 23 mindən çox ikitəfli, 400-dən çox çoxtərəfli sazişlər imzalayıb və Birləşmiş Millətlər Təşkilatının hər bir ixtisaslaşmış komitəsinin üzvüdür.

“Çin beynəlxalq və regional qaydalar və qanunların tərəfdarı və müdafiəçisidir”, o deyib. Amma beynəlxalq qanunların müəyyən edilməsinə gəldikdə, bu, ölkələrin əksəriyyətin razılaşdığı maddələr və onların təmsil etdiyi maraqlara əsaslanmalıdır”, He Lei deyib.

Lei həmçinin Çinin BMT-nin Su Qanunları Konvensiyasının hazırlanmasında iştirak etdiyini qeyd edib. Pekin konvensiyanı 1996-cı ildə təsdiq edib.

Şimali Koreya prioritetdir

Vəzifəsinin icrasına başlayandan bəri prezident Donald Tramp Şimali Koreyanı prioritet elan edib və Mattis də forumundakı çıxışında administrasiyanın Şiamli Koreyanın regiona yaratdığı təhlükələr barədə narahatlıqlarını dilə gətirib.

“Şimali Koreyanın hazırkı proqramı nüvə-silahlı balistik raket əldə etmək niyyətinə işarədir. Buna bizizm regional müttəfiqlərimiz, tərəfdaşlarımız və beten dünyayaya birbaşa təhlükə törədən qitələrarası raket daxildir” Mattis deyib.

İnun sərt çıxışı administrasiyanın Çinin məsələni Pxenyanla həll etməsi müqabilində Cənubi Çin Dənizi ilə bağlı səssiz qalmasına dair spekulyasiyalara yol açıb. Mattis isə deyib ki, Birləşmiş Ştatların müttəfiqlərinin maraqlarından alver subyekti kimi istifadə edilə bilməz.

BMT nümayəndələri Şimali Koreyaya qarçı sanskiyalar tətbiq edən qətnamə üzərində səs verir. 2 iyun 2017. Nyu York
BMT nümayəndələri Şimali Koreyaya qarçı sanskiyalar tətbiq edən qətnamə üzərində səs verir. 2 iyun 2017. Nyu York

Yeni sanksiyalar, yeni diplomatiya

Müdafiə naziri çox məlumat vermədən, ölkələrin Şimali Koreyaya təzyiq göstərmək üçün yeni, gücləndirilmiş sanksiylar və diplomatik səylər üzərində işlədiyini deyib. O qeyd edib ki, söz və dəstəkdən əlavə bütün tərəflər bir addım da atmalıdır.

Son illərdə Kim Conq-Un administrasiyası altında Pxenyanla Pekin arasında münasibət pisləşsə də, Çin hələ də Şimali Koreyanın ən böyük müttəfiqi və tərəfdarıdır.

Bəzi təhlilçilər iddia edir ki, Pekin məsələnin həll olunmasını istəmir, çünki bu, Koreyanın birləşməsinə gətitib çıxara və beləliklə Birləşmiş Ştatlar Çinə çox yaxınalaşa bilrə.

Lakin Kim Conq Unun davamlı hədələri və raket sınaqları Çində Şimali Koreyaya dəstəyi azaldır və ölkə daxilində Pekinin buna qarşı daha sərt tədbirlər görməsinə dair çağırışlar artır.

XS
SM
MD
LG