Accessibility links

Mattis: ABŞ Əfqanıstanda qələbə qazanmır


ABŞ müdafiə naziri Cim Mattis qanunvericilərə deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanda sabitləşdirilmə səylərində inkişafa nail olmur. O, iyul ayının ortalarına qədər yeni strategiyanı Konqresə təqdim etməyə söz verib.

“Biz Əfqanıstanda artıq qəlbə qazanmırıq və biz bunu ən tez zamanda düzəldəcəyik”, Mattis Senatın Silahlı Qüvvələr komitəsində qanunvericilərə bildirib.

Mattis Tramp administrasiyasının hazırda Əfqanıstanla bağlı xüsusi bir strategiyasının olmadığını etiraf edib. ABŞ hərbi qüvvələri artıq 16 ildir Əfqanıstanda Taliban qüvvələrinə qarşı mübarizə aparır.

Müdafiə naziri Konqresi Müdafiə nazirliyinə davamlı qətnamələr deyil, müvəqqəti büdcə təqdim etməyə çağırıb.

Komitənin sədri, respublikaçı senator Con Makkeyn Konqresin büdcə qəbul etməli olduğu məsələsi ilə razılaşıb. Lakin o, qanunvericilərə bildirib ki, Əfqanıstanla bağlı Pentaqonun da planını görmək istəyir.

Senatın Silahlı Qüvvələr komitəsinin sədri, respublikaçı senator Con Makkeyn
Senatın Silahlı Qüvvələr komitəsinin sədri, respublikaçı senator Con Makkeyn

“Strategiya olmayan yerdə bizim dəstək verməyimiz çətindir”, Makkeyn bildirib.

Arizona senatoru Əfqanıstanla bağlı əvvəlki administrasiyanın planının işə yaramadığını deyib.

Müdafiə naziri Mattis Əfqanıstanda qələbəni Kabil hökumətinin zorakılıqlar səviyyəsinə nəzarət edə bilmək qabiliyyəti ilə bərabərləşdirib. O bunun üçün ABŞ-ın və müttəfiq qüvvələrin Əfqanıstan ordusuna təlim verməsinin tələb olunduğu deyib və bu yanaşmanın dəyişəcəyini əlavə edib.

Lakin Mattis bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanı tərk edə bilməz, çünki ABŞ və onun iqtisadiyyatı üçün təhlükələr “idarəetmədə boşluqlar” nəticəsində meydana çıxır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG