Accessibility links

ABŞ müdafiə naziri Əfqanıstandadır


ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Əfqanıstana dəstəyi davam etdirməklə bağlı təəhhüdünə sadiq qaldığını bir daha təsdiq etmək məqsədilə Əfqanıstana səfər edib. Pentaqon rəhbəri habelə ABŞ-ın başçılığı ilə müharibəyə dair dəyişikliklər edilmiş planı açıqlayacaq.

Mattis Əfqanıstan prezidenti Əşrəf Qani və NATO-nun baş katib Cens Stoltenberqlə birgə mətbuat konfransında ABŞ və alyans üzvlərinin Əfqanıstanın beynəlxalq terrorçuların sığınacağına çevrilməməsi üçün səyləri ilə bağlı vahid yanaşmadan danışıb.

NATO-nun baş katibi Yens Stoltenberq (solda), Əfqanıstan prezidenti Əşrəf Qani (ortada) və ABŞ müdafiə naziri Cim Mattis (sağda) Kabildə birgə mətbuat konfransında
NATO-nun baş katibi Yens Stoltenberq (solda), Əfqanıstan prezidenti Əşrəf Qani (ortada) və ABŞ müdafiə naziri Cim Mattis (sağda) Kabildə birgə mətbuat konfransında

“Əfqan birləşmələrini NATO-nun dəstəyini alması məqsədilə onları müşavirlərlə təmin etmək, müttəfiq qüvvələrlə yanaşı, ABŞ-ın əlavə əsgəri qüvvəsini artırmaq və bu döyüşdən geri çəkilməyəcəyimizi aydın etmək. Qısaca, qeyri-müəyyənlik müəyyənliklə əvəz edilib”, Mattis bildirib.

Mattisin Kabil hava limanına enməsindən bir neçə saat sonra raket hücumu 5 nəfərin yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini həm Taliban, həm də İslam Dövləti qrupu üzərinə götürüb.

Həmin vaxt Mattis hava limanından uzaqda olub.

Kabil ABŞ müdafiə nazirinin Cənubi Asiya ölkələrinə səfərinin ikinci dayanacağıdır. Bundan öncə o, Dehlidə Hindistan rəsmilərilə danışıqlar aparıb.

ABŞ-ın Əfqanıstanla bağlı planında Taliban üsyançılarına qarşı mübarizədə Hindistan da daxil olmaqla, regional oyunçulara daha geniş rol verilməsi nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG