Accessibility links

Mattis: Əsəd ABŞ-ın kimyəvi silahlarla bağlı xəbərdarlığına ciddi yanaşıb


ABŞ müdafiə naziri Cim Mattis deyib i, Suriya ABŞ-ın kimyəvi silahlara dair xəbərdarlığına belə görünür diqqət verib.

“Belə görünür, onlar buna ciddi yanaşıb”, Mattis bildirib. O bu açıqlama ilə Suriya prezidenti Bəşar Əl-Əsədi nəzərdə tutaraq bəyan edib.

Bazar ertəsi günü Ağ Evin mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşar Əl-Əsədə onun hökumət qüvvələrinin kimyəvi hücum keçirdiyi halda “onun və hərbi qüvvələrin” bunun bədələni ödəyəcəkləri ilə bağlı xəbərdarlıq etmişdi.

Ağ Ev bəyanatı Amerika kəşfiyyat orqanlarının “Suriyada daha bir mümkün kimyəvi hücuma hazırlıqların” getdiyini müşahidə etdiyini bildirməsindən sonra verib. Suriya hökuməti bu iddiaları rədd edib.

Almaniyada Avropanın İkinci Dünya müharibəsindən sonra bərpasına dair Marşal Planın 70 illiyi münasibətilə tədbirdə danşan Cim Mattis ABŞ-ın NATO ilə münasibətlərə sadiq qaldığını bir daha bəyan edib.

Aprelin 4-də müxalif qüvvələrin nəzarətində olan Xan Şeyxun şəhərində kimyəvi hücum nəticəsində 80 nəfər həyatını itirmişdi. Hücum Birləşmiş Ştatlar da daxil olmaqla, xarici ölkə hökumətlərinin kəskin tənqidinə məruz qalmışdı.

XS
SM
MD
LG