Accessibility links

Cim Mattis: Pxenyan əməliyyat ehtimalını ağlına belə gətirməməlidir


ABŞ-ın müdafiə naziri deyib ki, Şimali Koreya özünütəcriddən və nüvə silahı istehsalından əl çəkməlidir. Cim Mattis Pxenyan hökumətinin rejim və xalqının dağılması ilə nəticələnə bilən hər bir əməliyyat ehtimalını ağlına belə gətirməməlidir.

Dövlət katibi Reks Tillerson isə Pxenyanın hədələrinin mahiyyətini azaldıb. O deyib ki, amerikalılar rahat yatmalıdır və son günlərin söz güləşi heç bir narahatlıq yaratmamalıdır.

Ötən həfə Şimali Koreyaya qarşı daha sərt sanskiyalar tətbiq edilib.

Sanskiyalar bu ölkənin daş kömür, dəmir və dəmir filizi, qurğuşun, habelə dəniz məhsullarına şamil edilir.

Şimali Koreya iqtisadiyyatı üçün iqtisadi əhəmiyyət kəsb edən Çin BMT-nin sanksiyalarını dəstəklədiyini və Şimali Koreyanı ballistik raket proqramında istifadə etdiyi yanacaq üçün illik 1 milyon dollar dəyərində ixrac pulundan məhrum etməyi planlaşdırdığını bildirib.

Şimali Koreya beynəlxalq ictimaiyyətin hərbi fəaliyyətlərə son qoymasına dair çağırışlara əhəmiyyət vermədən nüvə silahı proqramını inkişaf etdirəcəyini bildirir.

Pxenyanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasının bildirdiyinə görə, BMT-nin raket sınaqlarına cavab olaraq tətbiq etdiyi sanksiyalar ölkənin suverenliyinə ziddir.

XS
SM
MD
LG