Accessibility links

Ceyms Mattis: Biz Şimali Koreyanın total məhvini istəmirik, ancaq…


ABŞ Müdafiə Naziri Ceyms Mattis Şimali Koreyadan ABŞ və onun müttəfiqlərinə ünvanlanmış hər hansı bir hədəyə “kütləvi hərbi cavab” veriləcəyini bəyan edib. Mattis Prezident Donald Tramp və Vitse Prezident Mayk Penslə görüşün ardınca Ağ Evin qarşısında bu bəyanatla çıxış edib.

Biz bir ölkənin, konkret olaraq Şimali Koreyanın total məhvini istəmirik, ancaq dediyim kimi, bizim bunu etmək üçün çox sayda seçimlərimiz var.

Mattis deyib ki, prezident Tramp Şimali Koreyadan qaynaqlanan nüvə təhlükəsinin qarşısını almaq üçün “çox sayda seçimin” hər biri haqda məlumatlandırılmasını istəyib.

"Bizim müttəfiqlərimiz qarşısında öhdəliymiz möhkəmdir," Mattis deyib. "ABŞ, və Quam da davil olmaqla onun ərazilərinə, və müttəfiqlərimizə qarşı hər hansı bir hədə kütləvi hərbi cavabla qarşılanacaq."

Mattis Şimali Koreya lideri Kim Conq Unu BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramına qarşı yekdilliklə qəbul etdiyi mövqeni nəzərə almağa çağırıb. O, eyni zamanda ABŞ-ın hərbi potensialını vurğulayıb.

"Biz bir ölkənin, konkret olaraq Şimali Koreyanın total məhvini istəmirik, ancaq dediyim kimi, bizim bunu etmək üçün çox sayda seçimlərimiz var," Mattis bildirib.

Şimali Koreyaya hücum edib-etməyəcəyi soruşulan Prezident Tramp "Görərik" deyə cavab verib.
Şimali Koreyaya hücum edib-etməyəcəyi soruşulan Prezident Tramp "Görərik" deyə cavab verib.

ABŞ Prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı “rəzil ölkə” adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın “sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir.”

“Şimali Koreya böyük Nüvə Sınağı keçirib. Onların sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir.”

Tvitter səhifəsində yazdığı bir neçə mesajda ABŞ lideri Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandırıb və Pekinin problemin həll edilməsinə çalışsa da, buna az uğurla nail ola bildiyini bildirib.

XS
SM
MD
LG