Accessibility links

Mattis Şimali Koreyaya aqressiv nüvə proqramı ilə bağlı xəbərdarlıq edib


ABŞ müdafiə naziri bildirir ki, ABŞ nüvə silahına sahib Şimali Koreyanı heç bir zaman qəbul etməyəcək.

Şənbə Seulda Cim Mattis deyib ki, Şimali Koreyanın aqressiv nüvə və raket proqramları ölkənin təhlükəsizlikyini təmin etmək yerinə, onu təcrid edib.

Mattis Şimali Koreyaya xəbərdarlıq edib ki, onların ordusu ABŞ və Cənubi Koreya ittifaqının hərbi gücünə tay deyil.

“Birləşmiş Ştatlar və ya bizim müttəfiqlərimizdən hər hansı birinə qarşı hücum edənlər məğlub olunacaq, Şimali Koreyanın nüvə silahlarından istifadəsi isə nəhəng hərbi cavabla qarşılaşacaq”, Mattis deyib.

Nazir bütün Asiya səfərlərində qeyd etdiyi kimi bu dəfə də deyib ki, Şimali Koreya ilə diplomatiya aparmağa üstünlük verir.

Mattis və ABŞ birgə qərargahlar rəisi general Danford şənbə Cənubi Koreyanın müdafiə rəmsiləri ilə illik müşavirə tədbiri keçirib. Bu, Cənubi Koreya prezidenti Mun Cae-in və ABŞ prezidenti Donald Trampın inaqurasiyalarından bəri keçirilən ilk Təhlükəsizliyə Dair Məsləhət İclasıdır.

Cümə Mattis prezident Munla eləcə də Cənubi Koreya ilə Şimali Koreyanın sərhədində yerləşən “atəşkəs kəndi” Panmuncomda ABŞ və Cənubi Koreya qoşunları ilə görüşüb.

Nazir Asiya səfəri zamanı Tayland və Fillipində də olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG