Accessibility links

Cim Mattis: Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib


ABŞ-ın müdafiə naziri Cim Mattis
ABŞ-ın müdafiə naziri Cim Mattis

Türkiyə Birləşmiş Ştatları Suriyada ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələrinə qarşı hücumlardan əvvəl xəbərdar edib və Vaşinqton növbəti addımlarla bağlı Ankara ilə əlaqə saxlayır. Bu açıqlamanı ABŞ-ın müdafiə naziri Cim Mattis bazar günü Asiyaya səfərə çıxdığı zaman verib.

“Türkiyə məsələdə açıq olub. Onlar təyyarə göndərməzdən əvvəl bizimlə məsləhətləşmələr apararaq, bizə xəbərdarlıq edib”, Mattis ABŞ-ın Türkiyənin açıqlamasına reaksiyasına toxunmadan bildirib.

“Biz bundan xəbərdarıq. Yüksək səviyyədə bununla məşğul oluruq… və məsələ üzərində işləyirik. Bunun öhdəsindən gələcəyik”, Cim Mattis əlavə edib.

Türkiyə NATO-un üzvüdür. O, sərhədləri daxilində üsyançıların aktiv olduğu yeganə NATO ölkəsidir. Türkiyənin təhlükəsizliklə bağlı legitim narahatlıqları var.
Cim Mattis

Mattis deyib ki, Türkiyə hərbi qüvvələri Vaşinqtonu hava hücumları ilə bağlı ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri ilə telefon söhbəti zamanı xəbərdar edib.

Türkiyə Suriyada yeddi ilə yaxındır gedən müharibədə yeni cəbhəni şənbə günü Ankaranın “Zeytun budağı” əməliyyatıadlandırdığı hərbi əməliyyatlara başladığı zaman açıb.

Türkiyə Birləşmiş Ştatlar tərəfindən dəstəklənən kürd döyüşçüləri NATO müttəfiqələri və İŞİD-ə qarşı mübarizədə koalisiyada tərəfdaşlar olan Ankara və Vaşinqton arasında münasibətlərin ən gərgin həddə çatdığı bir vaxt hədəf alır.

Türkiyə ABŞ-ın Suriyada Ankaranın PKK-nin bir qolu hesab etdiyi YPG hərbi dəstələrinə dəstəyindən uzun zamandır narazıdır. Birləşmiş Ştatlar YPG-ni Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə efffektiv tərəfdaş hesab edir.

Mattis Türkiyənin təhlükəsizliklə bağlı legitim narahatlıqları olduğunu bildirib. ABŞ müdafiə naziri Türkiyənin sərhədləri daxilində üsyançıların aktiv olduğu yeganə NATO müttəfiqi olduğunu qeyd edib.

“Türkiyə NATO-un üzvüdür. O, sərhədləri daxilində üsyançıların aktiv olduğu yeganə NATO ölkəsidir. Türkiyənin təhlükəsizliklə bağlı legitim narahatlıqları var”, Mattis bildirib.

Mattis eyni zamanda bildirib ki, AŞB hərbi qüvvələri Suriyada Birləşmiş Ştatlar tərəfindən təmin edilmiş silahların Türkiyə deyil, üsyançılar tərəfindən istifadə edildiyinə əmin olmaq məqsədilə yerləşdirilib. Onun sözlərinə görə, bu dəstək ABŞ-ın başçılıq etdiyi koalisiyaya İŞİD-ı sarsıtmaq imkanı verdi.

“Kürdlər və ABŞ-ın dəstəklədiyi başqa döyüşçülər effektiv olduqlarını sübuta yetirdi. Onlar minlərlə tələfat verib. Onları görmək lazım idi, koalisiyanın dəstəyi ilə onlar Suriyada İŞİD xilafətini dağıtdı”, Mattis bildirib.

ABŞ-ın hazırda Suriyada iki min nəfərdən ibarət hərbi personalı var. Lakin Mattis Türkiyənin hərbi əməliyyatlarının ABŞ hərbi qüvvələri üçün riski olmadığını bildirib.

Birləşmiş Ştatlar və Türkiyə beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı mübarizə səylərində birgə iş aparıb. Xüsusilə də, Birləşmiş Ştatlar və başqa ölkələrin təyyarələri İŞİD-ə qarşı hava hücumları keçirmək üçün Türkiyənin İncirlik hərbi bazasından istifadə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG