Accessibility links

Mattis Türkiyəyə səfər edəcək


ABŞ müdafiə naziri Cim Mattis qarşıdan gələn günlərdə Türkiyəyə səfər edəcək. Pentaqonun rəhbərinin səfəri NATO üzrə müttəfiq ölkələr olan ABŞ və Türkiyə arasında münasibətlərdə Vaşinqtonun Suriya kürdlərinə dəstəyi məsələsinə görə gərginliyin mövcud olduğu dövrə təsadüf edir. Ankara Suriya kürdlərini PKK ilə əlaqəsi olan terrorçular hesab edir.

Təhlilçilərin fikrincə, Mattisin başlıca vəzifəsi münasibətlərdə gərginliyin artmasının qarşısını almaqdan ibarətdir. Bu yaxınlarda ABŞ-ın Suriya kürdlərinin YPG hərbi qrupuna yardımı rəsmi Ankarada qəzəblə qarşılanıb.

YPG Suriya Demokratik Qüvvələri-SDF kimi tanınan koalisiyanın tərkibində İŞİD-ə qarşı qrupun paytaxt elan etdiyi Raqqada əməliyyatlarda iştirak edir. Ankara YKP-ni Türkiyə dövləti ilə silahlı münaqişə aparan PKK qrupu ilə əlaqəsi olan terrorçu qrup olmaqda ittiham edir.

“PKK Birləşmiş Ştatlar tərəfindən dəstəklənən marksist-leninçi qrupdur. Bu ironiyaya baxın, onlar Amerika düşərgələrində təlim keçir”, deyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

ABŞ PKK-nı terrorçu təşkilat hesab edir.

Raqqada ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəklədiyi kürd və ərəb döyüşçülər əməliyyat keçirir
Raqqada ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəklədiyi kürd və ərəb döyüşçülər əməliyyat keçirir

Raqqanın süqutundan sonra hadisələrin inkişafının Mattisin Ankarada danışıqlarının əsas diqqət mərkəzində olacağı gözlənilir.

Ankara Raqqanın azad edilməsi əməliyyatlarına cəlb olunmuş qüvvələri əsas etibarilə kürdlərən ibarət olmaqda və yerli əhali tərəfindən təmsil edilməməkdə ittiham edir.

Türkiyə silahlı qüvvələri YPG-nin nəzarətində olan Afrin anklavı ətrafında yerəşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində əməliyyatın qaçılmaz olduğu haqda bir neçə dəfə xəbərdarlıq edib.

Afrin
Afrin

Ankara Tehran və Moskva ilə Astana prosesi çərçivəsində Suriyada vətəndaş müharibəsinə son qoyulması planlarını koordinasiya edir. Suriya üsyançılarının nəzarətindəki bir neçə bölgədən biri İdlib vilayətidir.

ABŞ müdafiə nazirinin səfəri əsnasında müzakirələr zamanı İdlibin gələcəyi kimi mübahisəli məsələnin də yer alacağı gözlənilir.

Türkiyənin Qərb müttəfiqləri ilə münasibətlərdə gərginliyin mövcud olduğu bir vaxt Moskva və Tehranla əməkdaşlığı artırması Ankaranın hansı tərəfə daha çox loyallıq göstərdiyi ilə bağlı sualların yaranmasına gətirib çıxarıb. Lakin gələn ay İraq kürdlərinin müstəqilliyə dair referendumu məsələsi Vaşinqton və Ankaranın orta məxrəcə gələ bilməsinə yol aça bilər. Həm ABŞ, həm də Türkiyə referendumun keçirilməsinə etiraz bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG