Accessibility links

Mattis Ukraynada: Kreml davranışını dəyişməyənədək, sanksiyalar yerində qalacaq


ABŞ Müdafiə Naziri Ceyms Mattis ukraynalı həmkarı Stepan Poltorakla birgə fəxri qarovulun qarşısı ilə addımlayır. Kiyev, Ukrayna, 24 avqust, 2017.
ABŞ Müdafiə Naziri Ceyms Mattis ukraynalı həmkarı Stepan Poltorakla birgə fəxri qarovulun qarşısı ilə addımlayır. Kiyev, Ukrayna, 24 avqust, 2017.

Ukraynada səfərdə olan ABŞ Müdafiə Naziri Ceyms Mattis Rusiyanın “zör gücünə beynəlxalq xəritəni dəyişməyə çalışdığını" bəyan edib. O, əlavə edib ki Moskva öz davranışını dəyişməyincə, ABŞ sanksiyaları qüvvədə qalacaq.

Mattis bu sözləri Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüş zamanı ifadə edib.


Biz Rusiyanın Krımı zəbt etməsini qəbul etməmişik və etməyəcəyik. Rusiyanın bunu inkar etməsinə baxmayaraq, bizə aydındır ki, onlar beynəlxalq xəritəni zor gücünə dəyişməyə çaılşırlar.

Pentaqon rəhbəri Birləşmiş Ştatların Ukrayna və onun silahlı qüvvələrinə dəstək verəcəyini bildirib və bəyan edib ki, Vaşinqton Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsini tanımır.

“Heç bir şübhəniz olmasın, ABŞ bütün məsələlərdə Ukrayna ilə çiyin-çiyinə dayanır. Biz sizi suverenliyinizə, ərazi bütövlüyünüzə qarşı mövcud təhlükənin qarşısında dəstəkləyirik. Biz Rusiyanın Krımı zəbt etməsini qəbul etməmişik və etməyəcəyik. Rusiyanın bunu inkar etməsinə baxmayaraq, bizə aydındır ki, onlar beynəlxalq xəritəni zor gücünə dəyişməyə çaılşırlar, və Avropanın azad və suveren millətlərinə xətər yetirməyə can atırlar,” deyə Mattis bildirib.

ABŞ müdafiə naziri Tramp administrasiyasının Ukraynaya silah verilməsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Ceyms Mattis Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşür
Ceyms Mattis Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşür


“Biz lap bu yaxınlarda Ukraynaya $175 milyon dəyərində hərbi ləvazimat verilməsini təsdiq etmişik ki, bu indiyədək sizin ölkəyə verilən hərbi yardımın həcmini $750 milyon dollara çatdırır.”

Sabiq prezident Barak Obama hesab edirdi ki, Ukraynaya silah verilməsi Rusiyanı təhrik edə bilər.

Lakin Donald Tramp administrasiyası həmin imkanları yenidən masa üzərinə qoyub aktiv şəkildə nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG