ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, beynəlxalq alyansın və əməkdaşlığın möhkəmləndirilməsi ABŞ hərbi strategiyası üçün olduqca zəruridir.
Müdafiə naziri Cim Mattis bu şərhi Vaşinqton şəhəri yaxınlığında keçirilən konfransda verib. O, əlavə edərək bildirib ki, heç bir ölkə təklikdə inkişaf edə bilməz.
Bu kimi əməkdaşlıq nümunələrindən biri dünən onun Avstraliya müdafiə naziri Maris Peynlə Pentaqonda görüşməsi olub.
Mattis və Peyn iki ölkə arasında dostluq münasibətlərini dəyərləndirdikdən sonra bağlı qapılar arxasında Şimali Koreyanın nüvə arsenalı da daxil olmaqla, qlobal məsələləri müzakirə edib.
Mattis bildirib ki, bu məsələnin həlli istiqamətində hələ ki, diplomatik səylər müzakirə olunur. Lakin o deyib ki, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək üçün hərbi seçimi də nəzərdən keçirir.