Accessibility links

Mavi Mərmərə Türkiyəyə çatdı


İsrailin bu və digər iki gəmini sərbəst buraxmaq barədə razılığından sonra Mavi Mərmərə bu gün İsgəndərun liman şəhərinə yan alıb

İsrail qüvvələrinin hücumuna məruz qalmış Türkiyəyə məxsus gəmi Türkiyənin liman şəhəri olan İsgəndəruna çatıb. İsrailin bu və digər iki gəmini sərbəst buraxmaq barədə razılığından sonra Mavi Mərmərə bu gün cənub liman şəhərinə yan alıb. Digər gəmilərdə biri də artıq liman şəhərindədir. Üçüncü gəminin isə bu limana çatacağı gözlənilir. May ayında İsrail komandolarının Mavi Mərmərədə keçirdiyi reyd zamanı fələstin tərəfdarı fəallar öldürülmüşdü. Gəmi İsrail Qəzza zolağına tətbiq etdiyi blokadını pozmağa çalışan konvoyun tərkib hissəsi idi. İsrail bildirib ki, qüvvələr gəmidə fəallar tərəfindən hücuma məruz qalandan sonra özlərini müdafiə etmək üçün belə addım atıblar.

XS
SM
MD
LG