Accessibility links

May Günü nümayişlərlə, yürüşlərlə qeyd olunur


Bu gün May Günü qeyd olunur. Bütün dünyada zəhmətkeşlər və fəallar küçələrdə yürüş keçirir, Yer Kürəsi boyu bütün zəhmətkeşlərin şərəfinə şəhər mərkəzlərinə toplaşır.

Filippində zəhmətkeçlər və Həmkarlar İttifaqının üzvləri May Gününü paytaxt Manila küçələrində yürüşlə qeyd edib. Zəhmətkeşlərin hüquqlarının müdafiəsi qrupları və digər Həmkarlar İttifaqları da bu gün şəhər boyu yürüşlər planlaşdırır.

İndoneziyada işçilər tələblərini ünvanlamaq məqsədi ilə paytaxt Cakartanın küçələrinə axışıb. Əlavə minlərlə əməkçinin bu gün yürüşə qatılacağı gözlənilir.

ABŞ-da May Günü mühacirət günü kimi qeyd edilir. Belə ki, bu gün on minlərlə insan prezident Donald Trampın mühacirlərin deportasiyasına səy göstərməsinə etiraz olaraq Nyu-York şəhərindən Los Ancelesə yürüş edəcək.

Bəzi şəhərlərdə fərqli təşkilatlar mühacirlər olmadan Amerkada keçən bir günün necə olacağını nümayiş etdirmək məqasədi ilə mühacirət nümayişlərinə çağırıb.

Bu bayram həmçinin, Beynəlxalq Əmək Günü və Fəhlə Günü kimi də tanınır.

XS
SM
MD
LG