Accessibility links

“Bu gündən etibarən İrana rəsmən xəbərdarlıq edirik.”


Milli təhlükəsizlik müşaviri Mayk Flinn Ağ Evdə müxbirlər qarşısında çıxış edir. 1 fevral, 2017.
Milli təhlükəsizlik müşaviri Mayk Flinn Ağ Evdə müxbirlər qarşısında çıxış edir. 1 fevral, 2017.

Milli təhlükəsizlik müşaviri Mayk Flinn çərşənbə günü rəsmi Vaşinqtonun İrana xəbərdarlıq etdiyini bəyan edib. Flinn bu bəyanatı İran ballistik raketi sınaqdan keçirdikdən və Tehranın dəstəklədiyi Huti militantları Səudiyyə Ərəbistanına məxsus hərbi donanma gəmisinə hücum etdikdən sonra verib.

Obama administrasiyası İranın bəd əməllərinə - o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib.

Ağ Evdə keçirilən mətbuat konfransı zamanı müxbirlər qarşısında bəyanat verən Flinn keçmişdə Obama administrasiyasının İranın təxribat xarakterli davranışına adekvat şəkildə reaksiya vermədiyini vurğulayıb.

Onun sözlərinə görə İran rejimi ABŞ-a indiyədək sərgilədiyi mövqeyə görə minnətdarlıq göstərmək əvəzinə "özünü qüdrətlənmiş" hiss edir.

“Bu gündən etibarən İrana rəsmən xəbərdarlıq edirik,” deyə Flinn oxuduğu yazılı bəyanatda bildirib.

Flinn İranın “destabilləşdirici davranışını” pisləyərək son raket sınağının BMT Təhlükəsizıik Şurasının qətnaməsinə zidd olduğunu bildirib.

“Obama administrasiyası İranın bəd əməllərinə - o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib,” Flinn bildirib. “Tramp adminstrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyi, firavanlığa və sabitliyə zərbə endirən və amerikalı həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir.”

Səudiyyə gəmisinə edilən hücum Qırmızı Dənizdə baş verib.

ABŞ Donanmasının açıqladığı şəkil İran gəmisindən atılan ballistik raketi göstərir. 9 yanvar, 2016.
ABŞ Donanmasının açıqladığı şəkil İran gəmisindən atılan ballistik raketi göstərir. 9 yanvar, 2016.

Tehranın himayədarlıq etdiyi Huti qüvvələrinin hücumu nəticəsində iki səudiyyəli dənizçi həlak olub, üçü yaralanıb.

İranın xarici ilər naizrliyi yaydığl bəyanatda “raket sınağının sırf müdafiə “ məqsədi daşıdığını bildirib və onun BMT Təhlükəsizlik Şurası qətnaməsinə zidd olmadığını bildirib. Həmin qətnamə irana nüvə başlığı daşımaöa imkan verən balltistik raketlər sınaqdan keçirməyi qadağan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG