Accessibility links

Mayk Pens prezidentin elçisi rolunda [Video]


Mayk Pens prezidentin elçisi rolunda
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Tarixən ABŞ vitse-prezidentləri, prezidentlə münasibətlərindən asılı olaraq, Ağ Evdə müxtəlif dərəcələrdə nüfuza malik olub. Donald Tramp administrasiyası ikinci ilinə hazırlaşdığı bir vaxt, vitse-prezident Mayk Pensin rolu genişlənməyə davam edir.

Mayk Pens, dekabr ayında Əfqanıstanda ABŞ qoşunlarını ziyarəti də daxil olmaqla, bir çox xarici səfərləri zamanı prezidentin elçisi rolunda iştirak edib.

Belə görünür ki, vitse-prezident Pens Ağ Evdə qərarların qəbul edilməsində rol oynayır, ona bəzi tapşırıqlar verilir. Vitse-prezident isə öz növbəsində tez-tez ictimai çıxışlarında prezidenti tərifləyir.
Coel Qoldstin

Vitse-prezidnetlik tarixçisinin sözlərinə görə, onun rolu təkcə simvolik deyil.

“Belə görünür ki, vitse-prezident Pens Ağ Evdə qərarların qəbul edilməsində rol oynayır, ona bəzi tapşırıqlar verilir. Vitse-prezident isə öz növbəsində tez-tez ictimai çıxışlarında prezidenti tərifləyir,” deyə Sent-Luis Universitetinin Hüquq Məktəbindən Coel Qoldstin bildirir.

Co Bayden: “Təbriklər və təşəkkürlər. Bu il ölkəni həqiqi mənada bərpa etməyə yönəlmiş gündəmə sahib olduğunuz üçün təşəkkür edirik.”

Bəzi administrasiyalarda vitse-prezident çox az nüfuza sahib olur, digərlərində isə o, prezidentin tərəfdaşı olur.

“Cerald Fordun vitse-prezidenti Nelson Rokfeller, vəzifəsini “gözləmə rejimində olan avadanlıq” adlandırırdı. O hər zaman prezidentin arxasında idi. O prezidentin ən böyük tərəfdarı idi. Bundan əlavə isə o, Ağ Evdə böyük nüfuza sahib idi,” Cənubi Kaliforniya Universitetindən Şerri Bebiç Ceffi söyləyir.

Pens Co Bayden və ya Al Qor qədər görkəmə sahib olmasa da, onun rolu genişlənir.

O, çox vaxt prezidentin bəyanatlarına aydınlıq gətirir.

Donald Tramp və Mayk Pens
Donald Tramp və Mayk Pens

“Prezident bəzi mübahisəli açıqlamalar edəndə, məsələn, NATO-nun birgə müdafiə qanunlarını sual edəndə və ya Venesuela siyasətimizin nə olacağı ilə bağlı bəyanatlar verəndə, vitse-prezident həmin bəyanatlara aydınlıq gətirib,” Qoldstin deyir.

O ABŞ-ın NATO qarşısındakı öhdəliyini təsdiq edib və Venesuelanın diktaturaya çevrilməsinin qarşısını almaq üçün diplomatiyaya çağırıb.

Tramp Alabamada Senata namizəd olaraq yeniyetmələrə qarşı cinsi qısnamada ittiham olunan Roy Muru dəstəkləsə də, Pens onu dəstəkləmədi və ona qarşı irəli sürülən ittihamların narahatedici olduğunu söylədi.

O balans yaratmağa çalışır, yəni prezidenti dəstəkləyir, onun seçicilərini sakitləşdirir, eyni zamanda isə prezidentin zaman-zaman atdığı mübahisəli tvitlər və verdiyi digər bəyanatları tamamilə dəstəkləmir.
Coel Qoldstin

Pens Trampdan fərqli olaraq böyük siyasi təcrübəyə malikdir. O, 12 il İndianın konqresmeni daha sonra isə həmin ştatın qubernatoru olaraq xidmət göstərib.

“Pens Konqresdəki fiqurları tanıyır. Respublikaçılar ona etimad edir,” Bebiç Ceffi söyləyir.

Texasda qasırğa qurbanlarına təskinlik vermək, Argentina və Avstraliyaya rəsmi səfər etmək. Bunu etməklə Pens prezidentin elçisi rolunu yerinə yetirir.

“O balans yaratmağa çalışır, yəni prezidenti dəstəkləyir, onun seçicilərini sakitləşdirir, eyni zamanda isə prezidentin zaman-zaman atdığı mübahisəli tvitlər və verdiyi digər bəyanatları tamamilə dəstəkləmir,” deyə Coel Qoldstin bildirir.

Təhlilçilər deyir ki, hələ ki, Pens bu balansı qorumaqda müvəffəqdir.

XS
SM
MD
LG