Accessibility links

Mayk Pompeo Yaxın Şərqdə səfərdədir


Brüsseldə NATO xarici işlər nazirlərinin görüşünü başa çatdıran ABŞ dövlət katibi Mayk Pompeo şənbə Yaxın Şərq səfərinə start verib.

Üç gün davam edəcək səfər zamanı Pompeo Səudiyyə Ərəbistanı, İsrail və İordaniyanı ziyarət edəcək. Orada o, ABŞ müttəfiqlərinə administrasiyanın İran siyasəti barədə məlumat verəcək.

Cümə günü Pompeo prezident Trampın İran nüvə razılığından geri çəkilib-çəkilməyəcəyi ilə bağlı hələ ki, qərar vermədiyini və danışıqların davam etdiyini deyib.

Bu vəzifədəki ilk mətbuat konfransı zamanı Pompeo “Əsaslı düzəlişlər olmadan, çatışmazlıqlar aradan qaldırılmadan, onun may ayından sonra razılıqda qalacağı gözlənilmir,” deyib.

Pompeo bildirib ki, o, sazişi NATO müttəfiqləri ilə müzairə edib. ABŞ-ən ən yüksək səviyyəli diplomatı deyib ki, bu məsələ onun Yaxın Şərq səfərinin əsas prioritti olacaq.

ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

Pompeo həmçinin Rusiyanın Qərb demokratiyasına, Ukraynaya hücumlarına qarşı mübarizə, onun Şimali Koreyaya səfəri və Dpvlət Departamentindəki ab-hava ilə bağlı sualları da cavablandırıb. Vaşinqtonda əhval-ruhiyyənin aşağı səviyyədə olduğu barədə iş yeri ilə bağlı suala Pompeo cavab olaraq bildirib ki, o, Brüsseldəki NATO missiyasındakı Dövlət Departamenti rəsmiləri ilə görüşüb. O deyib ki, rəsmilər məyus olsalar da, əhval-ruhiyyələri yüksəkdir.

Pompeo həmçinin bildirib ki, o, çərşənbə axşamı Vaşinqtona geri dönəndən sonra Dövlət Departamenti işçiləri ilə də görüş keçirəcək.

Bu yaxınlarda Şimali Koreya lideri Kim Conq Unla keçirdiyi görüşlə bağlı sualları cavablandıran Pompeo Kimin sabit olub-olmadığını söyləməkdən imtina edib. Pompeo deyib ki, o Kimin Trampla sammit keçirmək məsələsində ciddi olduğunu düşünür. Dövlət katibi Şimali Koreyanı tarixi görüş və Koreya xalqının sülh və firavanlıq istəyi münasibətilə təbrik edib.

“Şübhəsiz ki, prezident Trampın maksimum təzyiq kampaniyası və dünya boyu Şimali Koreyaya qarşı təzyiq səyləri olmadan, biz bu nöqtəyə gəlib çata bilməzdik,” o deyib.

Nominasiyası təsdiq olunandan bir neçə saat sonra Pompeonun ilk rəsmi səfərinə çıxması ABŞ-ın NATO müttəfiqlərinə güclü dəstək mesajı göndərib.

“Mən təyyarəyə minib, birbaşa buraya gəldim,” deyə dövlət katibi NATO-nun baş katibi Yens Stoltenberqa söyləyib. “Bunun səbəbi var. Burada bu gün görülən işlər çox dəyərlidir. Bizim məqsədimiz vacibdir və bu missiya Birləşmiş Ştatlar üçün çox dəyərlidir,” Pompeo deyib.

Pompeo həmçinin, prezident Tramp “mənim bura gəlməyimi çox istəyirdi,” deyib.

Stoltenberq və Brüsseldəki digər liderlər Pompeonun cümə günü keçirilən danışıqlarda iştirakını yüksək qiymətləndirib.

Beynəlxalq liderlər və xarici siyasət ekspertləri Birləşmiş Ştatların Şimali Koreya, Suriya və İran məsələlərində mövqeyini anlamaq üçün Pompeonu yaxından izləyəcək.

Pompeonun İran razılığında qalmaq istəyən sələfi Reks Tillersondan fəqrli olaraq İran hökümətinə qarşı daha sərt mövqeyə sahib olduğu deyilir.

Tillerson ötən ay Afrikaya səfərindən dönərkən Donald Tramp tərəfindən qəflətən vəzifəsindən kənarlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG