ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Dövlət Departamentinin əvvəlki kimi işinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Pompeo keçən həftə vəzifəyə təsdiq olunduqdan sonra çərşənbə axşamı günü ilk dəfə olaraq ABŞ Dövlət Departamentinin işçiləri ilə görüşüb.
O, müraciətində Dövlət Departamentinin “Amerikanın naminə işinin təmin edilməsinə” kömək etmək istədiyini bildirib.
Pompeo həmçinin Amerika diplomatlarının dəstəyinə və istedadına araxalandığını deyibb. Dövlət Departamentinin rəhbəri Birləşmiş Ştatların maraqlarının təmin edilməsi işində “bəzən şəxsi təhlükələr qarşısında” xidmətə yüksək qiymət verib.
Pompeo dövlət katibi vəzifəsində keçən ay Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan Reks Tillersonu əvəz edib. O bundan əvvəl Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru olub.
Prezident Tramp bu yaxınlarda Pompeonu Şimali Koreya lideri Kim Yonq Unla planlaşdırılmış zirvə görüşündən əvvəl danışıqlar aparmaq məqsədilə Pxenyana göndərib.