Accessibility links

Mayk Pompeo Xaşuqçinin istintaqına yardım etməyə razılaşdığına görə kral Salmana təşəkkür edib


ABŞ prezidenti Donald Tramp ABŞ-da yaşayan səudiyyəli jurnalist Camal Xaşiqcinin yoxa çıxması ilə əlaqədar dövlət katibi Mayk Pompeonu kral Salmanla görüşmək üçün Səudiyyə Ərəbistanına göndərib.

Türkiyə mənbələri Xaşuqcinin Səuidiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda vəhşicəsinə öldürüldüyüni ehtimal edir.

Bu gün jurnalistin başına gələnlər barədə istintaq türkiyəli təhqiqatçıların Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda araşdırmaları tamamlaması və ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə lideri ilə Ər-Riyadda görüşməsi ilə bir neçə istiqamətdə irəliləyir.

ABŞ-da qərərgahlanan CNN kanalı və New York Times qəzeti Səudiyyə Ərəbistanının oktyabrın 2-si konsulluğa daxil olduqdan sonra Xaşuqcinin öldürüldüyünü etiraf etməyə hazırlaşdığını bildirib.

Məlumatda adının açıqlanmadığı mənbəyə istinadən deyilir ki, Səudiyyə hökuməti Xaşuqcinin ölümünü sorğu-sual prosesi zamanı anlaşılmazlıq baş verməsi ilə əlaqələndirməyə çalışacaq.

İndiyədək Səudiyyə rəsmiləri türkiyəli rəsmilərin Xaşuqcinin öldürülməsi ilə bağlı ittihamlarını tamamilə rədd edərək, jurnalistin konsulluqdan çıxdığını iddia edirdi.

Heç bir tərəf ictimai şəkildə iddialarını əsaslandıracaq aydın sübutlar nümayiş etdirməyib və hər iki ölkə Xaşuqcinin yoxa çıxması ilə bağlı birgə istintaq qrupu hazırlmağa dair razılıq əldə edib.

Kral Salmanla gürüşündən sonra Mayk Pompeo Camal Xaşuqcinin yoxa çıxması ilə əlaqədar şəffaf və vaxtında araşdırılmaların aparılmasına dəstək verməyə razılaşdığına görə krala təşəkkürünü bildirib. Pompeo səfəri zamanı xarici işlər naziri Adil Əl-Cubeyr və şahzadə Məhəmməd bin Salmanla da görüşüb.

“O, Türkiyəyə gedə də bilər, getməyə də bilər. O onların hər biri ilə görüşə də bilər. Amma biz nəyin baş verdiyini bilmək istəyirik. Və o nəyin baş verdiyini öyrənmək üçün lazımı təlimatı alıb”, deyə Tramp bildirib.

Tramp deyib ki, bazar ertəsi telefon danışığı zamanı kral Xaşuqcinin başına nə gəldiyi barədə məlumatı olmadığını bildirib.

XS
SM
MD
LG