Accessibility links

Maykl Kohen xüsusi prokurora kritik məlumat verdiyini iddia edir


ABŞ prezidenti Donald Trampın sabiq şəxsi vəkili Rusiyanın 2016-cı il prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı xüsusi prokurorun istintaqına kömək məqsədi ilə kritik məlumat verdiyini iddia edir.

ABC News cümə axşamı bildirib ki, Maykl Kohen xüsusi prokurorun ofisindən olan tədqiqatçılarla bir neçə dəfə görüşüb.

Kohen deyib ki, Tramp ondan porno film aktrisası və Playboy modelinə susması qarşılığında pul verməsini istəyib.

Kohen ötən ay seçki kampaniyasında maliyyə fırıldaqçılığı və digər cinayətlərdə təqsirli tanınıb.

O, tviterdə “heç kim onu Trampa görə ailəsi və ölkəsinə olan dürüstlüyünü, həqiqiliyini və ya sadiqliyini sual etməməlidir” , deyib.

XS
SM
MD
LG