Accessibility links

Maykl qasırğası Floridaya doğru irəliləyir


Bu gün meteoroloqlar Birləşmiş Ştatların cəbub bölgəsindəki Florida ştatının sakinlərini dəhşətli Maykl qasırğasına hazır olmaları barədə xəbərdarlıq yayıb.

Güclü yağışlarla müşayiət olunan qasırğanın bu gün səhər tezdən Floridanın Penhendl adlanan ərazisini vuracağı gözlənilir.

Milli Qasırğa Mərkəzi saatda 220 km. sürətlə əsən küləyin qasırğanı 4-cü kateqoriyaya çatdıracağını bildirib. Sinoptiklər qasırğanın quruya çatana qədər Meksika Körfəzinin isti sularında daha da şiddətlənəcəyini bildirib.

Güclü küləklərlə bərabər Maykl bəzi bölgələrə hündürlüyü 4 metrə çatan dalğalarla gələcək.

Qarşıdan gələn bir neçə gün ərzində Florida, Alabama və Corciya ştatlarında yağışın həcminın 10-dan 20 santimetrə çatacağı gözlənilir.

Florida ştatının qubernatoru Rik Skot çərşənbə axşamı gecə və bu gün səhər tezdən özünün Tweeter səhifəsində sahil bölgələrdə yaşayanlara evakusiya edilmələrini tövsiyə edib.

Rik Skott 35 rayonda fövqəladə vəziyyət elan və bölgəyə 500 Florida Milli Qvardiyası üzvünü səfərbər edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG