Accessibility links

Corc Maykl 53 yaşında dünyasını dəyişib


İngilis müğənni, bəstəkar və prodüser, məşhur "Wham!" qrupunun üzvü Corc Maykl 53 yaşında dünyasını dəyişib. Onun publisistinin bəyanatında deyilir ki, oğlumuz, qardaşımız və dostumuz Corcun Milad bayramında həyatını itirməsi dərin kədər hissi doğurur.

Əsl adı Cercios Kiriakos Panayioto olan Maykl bir zamanlar metro stansiyalarında mahnı ifa edirdi. Ona şöhrəti Andryu Ridgeli ilə bərabər yaratdığı Wham! qrupu qazandırmışdı.

1985-ci il
1985-ci il

O, "Wake Me Up Before You Go-Go,'' "Young Guns (Go For It)'' və "Freedom'' kimi mahnıları ilə pərəstişkarlarının qəlbini qazanmışdı.

Maykl İngiltərənin Oksfordşray şəhərindəki evində vəfat edib.

2011-ci ildə o, pnevmaniya ilə xəstəxanaya yatırıldıqdan sonra bir sıra konsertlərini təxirə salmalı olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG