Accessibility links

Bakıda Hökumət rabitəsi üzrə MDB Koordinasiya Şurasının iclası keçirilib


Bakıda Hökumət rabitəsi üzrə MDB Koordinasiya Şurasının iclası
Bakıda Hökumət rabitəsi üzrə MDB Koordinasiya Şurasının iclası

KŞ-nin növbəti iclası 2013-cü ildə Özbəkistanda keçiriləcək.

Noyabrın 1-də Bakıda Hökumət Rabitəsi üzrə Müstəqil Dövlətlər Birliyi (MDB) Koordinasiya Şurasının (KŞ) 21-ci iclası keçirilib.

İclasda MDB ölkələrinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətlərinin nümayəndə heyətləri iştirak edib.

Azərbaycan Mili Təhlükəsizlik Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, iclasda qurumun rəhbəri, Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxış edib.

Tədbir iştirakçıları dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemləri və şifrələmə vasitələri üzrə elmi-texniki nailiyyətlərin tətbiqi, müvafiq ixtisaslı kadrların hazırlanması, səmərəli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

İclasın yekunlarına görə protokol imzalanıb, KŞ gələn il üçün fəaliyyət planı təsdiq edilib, tədbirlər planı razılaşdırılıb. KŞ-nin növbəti iclası 2013-cü ildə Özbəkistanda keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG