Accessibility links

Məcid Araz: ‘Türk dilində mədrəsə’ şüarı milli müqaviməti nümayiş etdirir [Audio-Müsahibə]


Məcid Araz

Məcid Arazın fikrincə, İran millətçiliyini şiəlik çərçivəsində gücləndirməyi hədəfləyən İslam Respublikası qeyri-fars dilləri öz varlığına təhdid hesab edir. Milli fəal Amerikanın Səsi ilə söhbətdə güneydə türk dili ilə bağlı yürüdülən kampaniyaların milli hərəkatdakı funksiyasını dəyərləndirib.

Məcid Araz Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:04 0:00

“Bizim mücadiləmiz çoxyönlü bir mücadilədir. Siyasi, iqtisadi, mədəni və ictimai tərəfləri vardır. Amma günümüzdə dilin və kültürün millətin tanımlamasında aparıcı bir rolu vardır. Yəni günümüzdə milətlər əsasən soya və irq yox, bəlkə kültür və şüur təməlində bir tanım daşıyırlar və dil də kültürün daşıyıcısıdır,” Məcid Araz qeyd edir.

Bizim toplumda dil şüuru çox irəli dərəcədə artıb. Bu şüur toplumun ən alt qatına qədər işləyib.
Məcid Araz

Azərbaycan Milli Dirəniş Təşkilatının üzvü İran Azərbaycanında milli hərəkatın kütləviləşməsində türk dilinin əsas rol oynadığını vurğulayır:

“Bu artıq kütlələrə mal olub. Bir zamanlar, müəyyən bir dar çərçivədə, tələbələrin, aydınların və müəyyən siyasi çevrələrdə danışılan bir məsələ ikən artıq kütlələrə mal olub. Azərbaycan Milli Hərəkatı bu gün güneydə bir nömrəli siyasi gücə çevrilib. Bunu hakimiyyət, müxalifət və bütün siyasi güclər təsdiq ediblər... Milliləşmə və milli özə dönüşdə dil məsələsinin böyük rolu olub.

Məcid Araz deyir ki, “‘türk dilində mədrəsə, olmalıdır hərkəsə’ şüarında həm dilin özü var həm də burada bir milli müqavimətin əlamətləri görünür:

"Burada milliləşmə və milli şüurun yüksəlməsi var. Buna sadəcə dilin məktəbdə oxunması məsələsi kimi baxmamaq lazimdir... Bizim toplumda dil şüuru çox irəli dərəcədə artıb. Bu şüur toplumun ən alt qatına qədər işləyib.”

İslam Respublikası dini bir diktatorluq olduğu kimi, eyni zamanda da bir milli diktatorluqdur. Bunu gizlətmirlər də. Xamneyi, Ruhani və Əhmədinejadın fars dili ilə bağlı sözləri ortada.
Məcid Araz

Ankarada yaşayan güneyli fəalı İranda qeyri-fars dillərin məsələsini “İran dövlətinin varlığı və yoxluğu” ilə müstəqim əlaqədə olan məsələ kimi dəyərləndirir. Onun dediklərinə görə, İslam Respublikası bu dilləri öz varlığına bir təhdid kimi hesab edir.

“Biz görürük ki, İranda Həsən Ruhani başda olmaqla, bir çox siyasətçi ana dili ilə bağlı fərqli manevrlər edir, sözlər deyir və vədlər verirlər. Amma əmələ gələndə bir iş görmürlər və görməyəcəklər. Çünki, İranda türk dili və digər qeyri-fars dillərin məsələsinin çözülməsi İranın varlığı və yoxluğu ilə əlaqəli bir məsələdir. İslam Respublikasını aşan bir məsələdir... Bu rejim gedər başqası gələr, amma torpaq bütünlüyü və sərhədlər dəyişsə, bu, artıq geriyə dönməz,” deyə o söyləyir.

Məcid Araz əlavə edir: “İslam Respublikası dini bir diktatorluq olduğu kimi, eyni zamanda da bir milli diktatorluqdur. Bunu gizlətmirlər də. Xameneyi, Ruhani və Əhmədinejadın fars dili ilə bağlı sözləri ortada... Bölgə dövlətləri də deyirlər ki, İran şiəlik çərçivəsində əslində fars imperatorluğu zehniyyətini yürüdür... Yəni şiəliklə farslığı bir-birindən ayıra bilmərik. Bunlar iç-içə giriblər. Bunların fars dilinin üstünlüyündən vaz keçmələri demək bugünkü İranın tamamən bir struktur dəyişməsinə getməsi deməkdir.”

XS
SM
MD
LG