Accessibility links

Məcid Araz: Çinlə əməkdaşlıq müqaviləsi İran əhalisinin həyatını təsir altına alacaq


Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə İran və Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsini dəyərləndirib. O, Çinlə oxşar anlaşmalar imzalayan bəzi Cənub-Şərqi Asiya və Afrika ölkələrinin haradasa Çinin müstəmləkəsi halına gəldiyini önə çəkir.

İranın qeyri-fars icmalarına mənsub siyasi təşkilatlar daxil olmaqla, İslam Respublikasının müxalifləri bu razılığı kəskin şəkildə tənqid edirlər.

Məcid Arazın fikrincə, iki dövlətin müqavilənin məzmunu ilə əlaqədar şəffaf olmaması bu xüsusda qayğıları daha da şiddətlənir. O, bu müqavilənin haradasa vətəndaşların bütün həyat sahələrini təsir altında alacağını söyləyir.

Narahatlığa səbəb olan ikinci məsələ də budur ki, Çin müstəmləkələşdirdiyi bu ölkədə öz müstəmləkəçiliyini davam etdirmək üçün rejimi ayaqda tutmağa çalışacaq.

“İndi bir tərəfdə İran dövləti var ki, iqtisadiyyatı tükənib, siyasi məşruiyyətini itirib, süngü gücü ilə, silah gücü ilə özünü ayaqda tutur. Demək olar ki, bəlkə rejim tarixinin ən zəif vəziyyətindədir. Bir tərəfdə də Çin dövləti var ki, harada gedib iqtisadi və siyasi vəziyyəti zəif və qırılğan olan bir ölkə ilə bu tərz bir anlaşmaya girib, biz görürük ki, Çin əslində öz müstəmləkəçiliyini oraya götürüb. Onları borclu salaraq sahillərinə, limanlarına, adalarına və hətta bəzi ölkələrdə dövlət radio-televiziyasına belə əl qoyub,” siyasi fəal qeyd edir.

Məcid Arazın sözlərinə görə, İslam Respublikasına müxalif qüvvələrin başqa bir qayğısı da Çinin İran hakimiyyətinin ayaqda qalmasına yardım edəcək olmasıdır:

Mən düşünürəm ki, İranlı şiə farslar bir dəfə qayğılı olsalar, qeyri fars millətlər iki dəfə, üç dəfə qayğılanmalıdırlar.

“Narahatlığa səbəb olan ikinci məsələ də budur ki, Çin müstəmləkələşdirdiyi bu ölkədə öz müstəmləkəçiliyini davam etdirmək üçün rejimi ayaqda tutmağa çalışacaq. Yəni, bu anlaşma ilə rejimin davamı da təmin olacaq bir şəkildə.”

O, əlavə edir ki, “biz qeyri-fars millətlərin bir neçə təşkilatı, yəni ərəb, bəluç və türk təşkilatları olaraq müqavilə haqqında birgə bəyanat yayımladıq. Mən düşünürəm ki, iranlı şiə farslar bir dəfə qayğılı olsalar, qeyri-fars millətlər iki dəfə, üç dəfə qayğılanmalıdırlar. Niyə? Çünki, biz deyirik ki, biz zatən bu gün etibarı ilə də müstəmləkə altındayıq. Həm iqtisadi, həm siyasi, həm kültürəl və mədəni xaxımdan biz basqı və müstəmləkə altındayıq. Amma belə bir müqavilə ilə daha qəddar bir rejimin müstəmləkəsi olacayıq.”

XS
SM
MD
LG