Accessibility links

Məcid Araz: İranda Azərbaycan xanlıqlarının tarixi qaranlıqda saxlanılıb


Urmiyə şəhəri keçən əsrlərdə müxtəlif dövlətlər, və digər siyasi güclər arasında qarşıdurmalara səhnə olub. Siyasi fəal və araşdırmaçı Məcid Araz Amerikanın Səsi ilə söhbətdə Urmiyənin bir kəsişmə bölgəsi olduğu üçün mütəmadi şəkildə çalxantılar və müharibələrə şahid olduğun ifadə edir.

please wait

No media source currently available

0:00 0:14:02 0:00

Araz müsahibədə bu yaxınlarda yayımladığı “Urmiyə Afşar xanlığının müxtəsər tarixi” adlı “əl kitabı” haqqında danışıb.

18 və 19-cu əsrlərdəki xanlıqlar dönəmi Azərbaycan tarixinin ən önəmli dönəmlərindən biridir. Amma, Güney Azərbaycan tarixi ilə bağlı, bu dönəm bilərəkdən və sistemli bir şəkildə göz ardı edilib.

“18 və 19-cu əsrlərdəki xanlıqlar dönəmi Azərbaycan tarixinin ən önəmli dönəmlərindən biridir. Amma,Güney Azərbaycan tarixi ilə bağlı bu dönəm bilərəkdən və sistemli bir şəkildə gözardı edilib. Özəlliklə də Qərbi Azərbaycanda bu dönəm daha da bir qaranlıqda saxlanılıb və millətimizin bu dönəmlərdən çox az bilgisi olub,” Məcid Araz söyləyir.

Araz bu kitabı xüsusilə də Afşar türklərinin Urmiyə mərkəzli dövlət qurma cəhdlərini gündəmə gətirmək məqsədilə hazırladığını ifadə edir:

“Tarixi qaynaqlarda adı Urmu ölkəsi (Ölkəyi Urumi) olaraq keçən bölgə Salmasdan başlayır, Urmiyə, Üşnü, Sulduz, Sayınqala və Tikantəpə kimi bölgələri əhatə edir. Əlbəttə, ölkə dediyimizdə, tarixdə türkcədə daha çox vilayət mənasında işlədilib. Bu bölgədə, Afşar xanlığının müəzzəm və zəngin tarixini qısa və müxtəsər bir əl kitabı şəklində yazıb yayınlamağı faydalı gördüm ki, millətimiz, gənclərimiz və fəallarımız bu dönəmi bilsinlər və tanısınlar. Bilsinlər ki, Urmiyədə Afşarlar üç dönəm çalışıblar Azərbaycan coğrafiyasında müstəqil dövlət qursunlar.”

Hər nə qədər Pəhləvilər dönəmində sistemli dövlət siyasəti olaraq Afşarların əsərləri dağıdılsa da, bugün də Urmiyədə yer adları, küçə, məhəllə, habelə məscid adlarında Afşar türklərini görürük.

Məcid Araz əlavə edir, “bu əl kitabı əsasən 1625-dən bəri, Afşar türklərinin Qərbi Azərbaycanda və Urmiyədə hakimiyyətini və keçmişisini ələ alır. Urmiyə tarixi qaynaqlarda Urmiyə Afşarların paytaxtı olaraq keçər. Afşarlar çox böyük türk tayfası olublar. Bunlar əsasən Türküstan mənşəlidir. Amma bu gün Anadolu, Suriya, İraq və İran dediyimiz coğrafiyada Güney Azərbaycanda bir çox bölgəyə yayılıblar. Amma, Afşar türklərinin ən çox və ən bəlirgin şəkildə yaşadıqları ən böyük şəhər Urmiyə şəhəridir.”

Onun sözlərinə görə, Pəhləvilərin İranda hakimiyyətə gəlməsinə qədər Urmiyə bölgəsi Afşar türklərinin idarəsində qalmaqda davam edib.

“Azərbaycanda xanlıqlıqlar dövrü Fətəlişah Qacar dönəmində bitir. Yəni, Afşarların müstəqillik dönəmi başa çatır, amma, yenə də Qacar dövləti çərçivəsində Urmiyədə Afşar hakimiyyəti Qacarların sonuna qədər güclü bir şəkildə davam edir. Sadəcə Urmiyə deyil, Sayınqala və Tikantəpə ki, bu ikisinin adları üstündə indi də Afşar adı var, bunlarda şəhər quruluşları Afşar bəylər bəyləri və xanlarına aiddir. Hər nə qədər Pəhləvilər dönəmində sistemli dövlət siyasəti olaraq Afşarların əsərləri dağıdılsa da, bugün də Urmiyədə yer adları, küçə, məhəllə, habelə məscid adlarında Afşar türklərini görürük,” Məcid Araz qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG