Accessibility links

Türkiyənin rəqs sultanları Bakıda "Anadolu Atəşi“ oynayacaq


One of the sites most visited by tourists is Geiranger fjord, in the Sunnmøre region of Møre og Romsdal county, Norway. (Photo taken by Maung Maung Myint)
One of the sites most visited by tourists is Geiranger fjord, in the Sunnmøre region of Møre og Romsdal county, Norway. (Photo taken by Maung Maung Myint)

Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh olub

Iyunun 6,7 və 8-də Türkiyənin rəqs sultanları "Anadolu Atəşi" Heydər Əliyev sarayında "The Best of Anadolu Ateşi" adlı proqramı ilə çıxış edəcək.

1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan "Anadolu Atəşi"nin ilk adı "Rəqsin Sultanları" olub.

Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh olub.

90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb və 93 ölkədə 3850 şou göstərib, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.

"Anadolu Ateşi" 2001-ci ildən bu günə kimi İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibr, Ruminya, Bosniya, Yeni Zelandiya, İtalya, Slovakiya, Belarusiya, İngiltərə, Gürcüstan, Suriya, Slovenya, Malaziya, Bəhreyn, BƏƏ, Yunanıstan, İspaniya və.s ölkələrdə olub, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

"Anadolu Atəşi"nin təşkilatçısı olan "SA ORGANIZATION" artıq 15 ildir ki, fəaliyyət götərir və Selahattin Atalay tərəfindən yaradılıb
XS
SM
MD
LG