Accessibility links

Yaqublu ailəsinin Nigarı [Video]


Yaqublu ailəsinin Nigarı [Video]
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Yaqublu ailəsinin Nigarı

Bəs, görəsən Nigar Yaqublunun doğru bildiyi prinsiplər ona həyatda nələri öyrədib?

“Məncə dürüstlük nəyisə doğru bilirsənsə, onun arxasınca getməkdir. Məncə prinsiplik budur. Və düşünürəm ki, hər kəs öz həyatını yaşamaqda özgürdür.

Bu sözləri Müsavat Partiyasının üzvü, vicdan məhbusu Seymur Həzinin həyat yoldaşı Nigar Yaqublu Amerikanın Səsinə müsahibəsində deyib.

Bəs, görəsən Nigar Yaqublunun doğru bildiyi prinsiplər ona həyatda nələri öyrədib?

Nigar Yaqublu keçmiş siyasi məhbus Tofiq Yaqublunun böyük qızıdır.

Atası kimi o da siyasi fəaliyyətlə məşğul olur. Onunla birlikdə mitinqlərdə iştirak edir. Öz sözünü deyir, ədalətsizliyə qarşı səsini ucaldır. Nigar Yaqublu doğru bildiyi prinsiplərlə mübarizə apardığı dönəmdə həbsxana həyatı da yaşayıb.Amma, buna baxmayaraq Nigar, Yaqublu soyadını daşıması ilə fəxr edir.

“Məncə Yaqublu soyadı hər şeyi deyir. Nigar Yaqublu deyə tanınmaq mənim üçün kifayət edir”, o deyir.

Nigarın, özünün bildiyi doğru prinsiplər uğrunda mübarizə aparması həm də onun uşaqlıqdakı vərdişindən irəli gəlir.

Uşaqlıq xatirələrini bölüşən Nigar Yaqublu, uşaqlığının bacısı Nərgizlə birgə Gürcüstanın Bolnisi rayonun İncəoğlu kəndində keçdiyini deyib.

Onun sözlərinə görə, kənddə həyətləri çox böyük idi. Bulaq isə həyətlərindən uzaqda axırdı. Onlar bulağın suyunu böyük əziyyətlə həyətlərinə çəkə biliblər.

Nigarın uşaqlıq dostu, bacısı Nərgiz artıq onunla birlikdə deyil. 2015-c il aprelin 23-də Nərgiz Yaqublu vəfat edib. Nərgiz Rusiyanın Tomsk şəhərindəki xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.

Belə ki, Nərgiz Yaqublu ölümündən bir həftə əvvəl övladını dünyaya gətirsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Nərgizin vaxtsız vəfatı hər-kəsi dəhşətə gətirmişdi. Nigar Yaqublu bacısı haqqında xatirələrini bölüşərkən, onunla keçirdiyi anların daha maraqlı olduğunu deyir. O, bacısı ilə olduğu günlərin xatirəyə çevrilməsini istəmir.

Nərgizi yaşadan həm də onun həyata gətirdiyi oğlu Kənandır.

“Zaman uzananda o bir o qədər uzaqlaşır. Mənim üçün daha çox xatirəyə çevrilir. Onu istəmirəm. İstəyirəm o mənim üçün yenə Rusiyada yaşasın. Yəni ağlımda belə qalmasını istəyirəm”, deyir Nigar Yaqublu.

Nərgizin vəfatından sonra həm də Nigarın həyatında yeni bir dönəm başlayıb. Atası həbsdən azad olunub. Bir müddət sonra, 2016-cı ilin avqustunda həbsdə olan jurnalist Seymur Həzi ilə 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar.

Qeyri-adi formada gerçəkləşən nikah mərasimi maraqlı görüntülərlə yadda qalıb.

Nigar Yaqublu artıq evli xanımdır. Hər həftə Seymur Həzi Nigara həbsxanadan telefonla zəng edir. O isə hər həftənin birinci günü Seymur Həzi ilə görüşmək üçün həyat yoldaşına sovqat aparır. Sovqatı adətən axşamdan hazırlayır. Nigar Yaqublu deyir ki, bütün bunları hazırlamaq onun üçün çətin deyil. Çünki atası həbsdə olanda hər dəfə onun üçün belə sovqatlar hazırlayıb.

Nigar Yaqublu bu sovqatları hətta yağışlı günlərdə belə 17 saylı Cəzaçəkmə Müəssisinə gələrək, həyat yoldaşına çatdırır və burada atası Tofiq Yaqublu onun köməyinə çatır.

Tofiq Yaqublu qızının siyasi fəaliyyətindən yalnız qürur duyduğunu deyir. Buna baxmayaraq, Tofiq Yaqublu heç bir zaman qızlarının siyasətə qoşulmasına təşviq etməyib.

“Qürur duya bilərəm. Amma deyim ki, mən dəfələrlə bu haqda demişəm. Mən qızlarıma gəlin, mütləq mənim kimi siyasətçi olun, partiyaya üzv yazılın deməmişəm. Dəvət etməmişəm. Sadəcə, onlar həyata baxıbar. Ölkədə baş verənləri, həm də atalarının getdiyi yolu görüblər. Bu yolu könüllü seçiblər”, deyə Tofiq Yaqublu qeyd edib.

Üç siyasi məhbusun qayğısını yaşayan Nigar Yaqublu əsl həyatının Seymur Həzi həbsdən azad olunduqdan sonra başlayacağını düşünür. Nigar gələcəkdə təhsilini də davam etdirmək fikrindədir.

“Düzdür, bu hakimiyyət mənim 5 ilimi yeyib. Magistr təhsili almamışam. Ona hədəflənirəm. Bu həbsxanalar, məhkəmələr heç vaxt imkan vermir. Ölkədə təhsil almaq istəmirəm. Daha çox Avropada təhsil almaq istəyirəm. İlk hədəf odur ki, Seymur Həzi azadlığa çıxan kimi, o da təhsilini davam etdirmək istəyir, mən də. Yəni ilk hədəfimiz təhsilimizi davam etdirməkdir”, Nigar Yaqublu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG