Accessibility links

Azərbaycan diktoru və teleaparıcısı Rafiq Hüseynov Almaniyada vəfat edib


Rafiq Hüseynov

Azərbaycan diktoru və teleaparıcısı, əməkdar incəsənət xadimi, Azərbaycan xalq artisti Rafiq Hüseynov dünyasını dəyişib.

Yerli medianın yaydığı məlumata görə o, ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkirdi, uzun müddət Azərbaycan, Türkiyə və Almaniya klinikalarında müalicə alıb və Düsseldorfdakı klinikada vəfat edib.

Rafiq Hüseynov 4 avqust 1946-cı il tarixində Şuşa şəhərində anadan olmuşdu.

60 ilə yaxın Hüseynov televiziya sahəsində işləyib, uzun müddət Azərbaycan dövlət televiziyasının aparıcı diktoru olub, pedaqoji fəaliyyətlə məşğul olub.

Hüseynov Azərbaycan telejurnalistikasının inkişafına, teleaparıcı kadrların yetişdirilməsinə öz töhfəsini verib.

Hüseynovun ailə üzvlərinin sözlərinə görə, mərhumun cəsədi iki gün ərzində Bakıya çatdırılacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG