Accessibility links

Bakıda VIII Avropa Film Festivalı başlayıb


8-ci Avropa Film festivalı
8-ci Avropa Film festivalı

Noyabrın 2-də Bakıda VIII Avropa Film Festivalına strat verilib. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, festival proqramına 21 film daxildir.

Onlardan üçü - Azərbaycan (1 film), Böyük Britaniya (1film), Norveç (1 film), qalanları isə Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Festivala Avropanın tanınmış film rejissorları da qatılır.

Qonaqlar arasında Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadır Balcı, Portuqaliyadan Joao Nikolau, Hollandiyadan Yoram Lürsen da olacaq.

Onların Bakıda ustad dərsləri keçməsi də planlaşdırılır.

Filmlər Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Giriş pulsuzdur.

Film Festivalı noyabrın 12-dək davam edəcək.

XS
SM
MD
LG