Accessibility links

UNESCO Qara Qarayevin və Bakı Dövlət Universitetinin yubileyini keçirəcək


UNESCO

Parisdə keçirilən UNESCO-nun Baş konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.

Xəbərdə deyilir ki, təkliflər Baş konfrans tərəfindən qəbul olunub. Beləliklə, 2018-ci ildə Parisdə bəstəkar Qara Qarayevin və 2019-cu ildə BDU-nun 100 illik yubileyləri qeyd olunacaq.

Bundan başqa Azərbaycan və İran Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə də qoşulub.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG