Accessibility links

2017-ci ildə Azərbaycanın tarix və mədəniyyət qoruqlarını yarım milyona yaxın insan ziyarət edib


Qobustan qayalıqları
Qobustan qayalıqları

2017-ci ildə Azərbaycanın tarix və mədəniyyət qoruqlarını 480 mindən çox insan ziyarət edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 21 qoruq var.

Qobustan qayalıqları
Qobustan qayalıqları

Yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Qoruqdan verilən məlumata görə, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Qeyd edək ki, 2016-cı ildə bu qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə muzey kompleksi istifadəyə verilib. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Atəşgah Məbədi
Atəşgah Məbədi

Qədim tarixin, əski dini inancların yadigarı - “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Ötən il “Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər olub. Onların 25 min 346-sı xarici vətəndaşlardı. “Atəşgah”ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

Yanardağ
Yanardağ

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan verilən məlumata görə, ötən il ərzində qoruğa gələn 63 min 574 nəfərdən 54 min 717-sini xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.

Şəki küçələri
Şəki küçələri

Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu 56 min 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.

Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG