Accessibility links

"Yer Kürəsi Günü"ndə 9 gənc rəssam qalib olub


"Yer Kürəsi Günü" qlobal bir hadisədir və Azərbaycanın gənc rəssamları dünyanın ən mühüm günündə 192 ölkədən olan 1 milyarddan çox insan şəbəkəsinə qoşularaq ətraf mühit məsələləri ilə bağlı rəssamlıq müsabiqəsində iştirak edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

"Yer Kürəsi Günü"nə aid rəsm əsərləri
"Yer Kürəsi Günü"nə aid rəsm əsərləri

“ABŞ səfirliyi, Azərbaycan Təhsil Nazirliyi və "Resm Jewelry" tərəfindən uşaqlar arasında təşkil edilmiş “Yer Kürəsi Günü” rəsm müsabiqəsinin doqquz gənc qalibini böyük məmnuniyyətlə təbrik etmək istəyirik”, səfirlik bildirir.

Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox rəsm əsəri qəbul edib. Onların arasında münsiflər heyəti tərəfindən seçilmiş 60 əsər 12-15 iyun tarixləri arasında 3 saylı Uşaq və Gənclik Mərkəzində nümayiş olunacaq. Sərgiyə giriş pulsuzdur və hər kəs üçün açıqdır. Sərgidə təqdim olunan rəsm əsərləri ilə Yer Kürəsi yaradıcılıq müsabiqəsinin Facebook səhifəsində tanış ola bilərsiniz.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG