Accessibility links

Bakı Beynəlxalq Animasiya Festivalı keçiriləcək


Bakı Beynəlxalq Animasiya Festivalı

Oktyabrın 19-dan 21-dək Bakı Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyev bildirib ki, festivalda iştirak etmək üçün animasiya filmləri və ssenarilər animafilm.az-da yerləşdirən elektron qəbul forması vasitəsi ilə senytabrın 15-dək qəbul olunacaq. ​

“Sevindirici haldır ki, artıq festivalda iştirak etmək üçün 30 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digər ölkələrdən 250 müraciət daxil olub və bu rəqəm günbəgün artmaqdadır“, o qeyd edib.

Birinci ANİMAFİLM Festivalının mövzusu – “Azərbaycan animasiyası”dır. Birinci Bakı Beynəlxalq Animasiya Festivalının Münsiflər Heyətinin tərkibi Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarətdir.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti: animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

Münsiflər heyəti hər kateqoriya üzrə ən yaxşı filmə “Qızıl gəmi” mükafatı sertifikatı təsis edir. Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl gəmi” mükafatı sertifikatı verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissor-animatorunun adı hələ ki, sirr olaraq saxlanılır.

Sayca 1-ci ANİMAFİLM Festivalı pul mükafatları təsis etməyi nəzərdə tutmur.

Festivalın təşkili gedişatında Təşkilat Komitəsi bu qərarı dəyişmək hüququnu özündə saxlayır. Bundan başqa TK sponsorlara öz mükafatlarını təsis etmək imkanı verən hüququ təmin edə bilər.

ANİMAFİLM Münsiflər Heyətinin hər iki tərkibinə Animasiya filmləri üzrə Münsiflər Heyəti: Elçin Hami Axundov (Azərbaycan), Cahangir Süleymanov (Rusiya), Ketevan Canelidze (Gürcüstan), Məhəmməd Qazala (Misir), Andrey Xovanets (Slovakiya) daxildir.

Ssenarilər üzrə Münsiflər Heyəti: Yefim Abramov (İsrail), Sevinc Əzimova (Azərbaycan), Leyla Novruzi (İran), Aygün Aslanova (Azərbaycan), Kəmalə Rövşən (Azərbaycan) daxildir.

XS
SM
MD
LG