Accessibility links

ABŞ-ın Səfirlərin Mədəni İrsin Qorunması Fondu böyük və kiçik qrant proqramlarını açıq elan edib


ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun (AFCP) 2019-cu il üçün Böyük və Kiçik Qrant Proqramı üzrə layihə təkliflərinin qəbulunu açıq elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, Səfirlərin Mədəni İrsin Qorunması Fondu dünyanın 100-dən çox inkişaf etməkdə olan ölkəsində tarixi əhəmiyyət kəsb edən mədəniyyət sahələrinin, maddi mədəniyyət nümunələrinin və insanların ənənəvi mədəni özünüifadə formalarının qorunmasını təmin edə biləcək layihələri dəstəkləyir.

AFCP Proqramı tarixi əhəmiyyət kəsb edən mədəniyyət sahələri, maddi-mədəniyyət nümunələri və kolleksiyalar, ənənəvi mədəni özünüifadə formalarını əks etdirən kateqoriyalar üzrə layihə təkliflərini qəbul edir.

Maliyyə dəstəyinin miqdarı Kiçik Qrant Proqramları üçün 10 000-dəbn 200 000, Böyük Qrant Proqramları üçün isə 200 000-800000 ABŞ dolları arasında ölçülür.

Seçim meyarlarına uyğun gələn ərizələr 4 dekabr 2018-ci il saat 13.00-a qədər ABŞ Səfirliyinin mədəniyyət bölməsinin BakuCulture@state.gov
email ünvanına göndərilməlidir.

ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun (SMDF) dəstəyi Azərbaycanın Quba rayonundakı (Bakıdan 158 kilometr şimal) 19-cu əsrə aid Gümbəzli (Çuxur) hamamı bərpa edilib. Bərpa işləri 2014-2018-ci illərdə həyata keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG