Accessibility links

DTX rəisi “qara valyuta bazarı”, “reket jurnalistlər”, casuslardan danışıb


Mədət Quliyev
Mədət Quliyev

“Qara valyuta bazarı” faktı üzrə cinayət işi qaldırılıb, saxlanılanlar var. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev dekabrın 12-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müvafiq sənəd hazırlanıb və ölkə rəhbərliyinə təqdim edilib.

“Saxlanılanlarla yanaşı, bu iş üzrə digərləri də keçir. Bu istiqamətdə qətiyyətli addımlar atılacaq”, o qeyd edib.

DTX rəisi deyib ki, həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub.

Ötən həftə DTX azı üç sayt rəhbərini saxlayıb.

“Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub. Müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar”, Mədət Quliyev qeyd edib.

Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə bəzi şəxslərdən pul tələb ediblər.

"Bunula bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".

O, həmçinin bildirib ki, DTX qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib.

M.Quliyevin sözlərinə görə, bu istiqamətdə Azərbaycanın xüsusi xidmət orqanları tək işləmir.

"Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik. Onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahlı müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb".

Cənab Quliyevin sözlərinə görə, bu il ərzində DTX-nin 500-dən artıq əməkdaşı xidmətdən xaric olunub.

Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb.

"Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır", xidmət rəisi qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG