Accessibility links

Beynəlxalq Mətbuat İnstitutu Azərbaycanda jurnalistlərin həbslərinin qarşısının alınması ilə bağlı prezidentə müraciət edib


Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel MakKenzi
Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel MakKenzi

"Azərbaycan prezidenti ilə görüşdə məsələni bir daha qaldıracağıq". “Rusiyada mətbuat azadlığı Azərbaycandan qat-qat pisdir”, -icraçı direktor deyib.

Beynəlxalq Mətbuat İnstitutu əsas fikrini Azərbaycanda media azadlığı məsələlərinə yönəldib. Biz Azərbaycanda jurnalistlərə hücumların və həbslərin qarşısının alınması ilə bağlı prezident İlham Əliyevə müraciət etmişik. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel MakKenzi jurnalistlərin sullarına cavabda bildirib.

Onun sözlərinə görə, sentyabrın 19-da Azərbaycan prezidenti ilə görüşündə ölkədə media azadlığı məsələsi qaldırılacaq. “Prezidentlə görüşdə məsələsini bir daha qaldıracağıq. Bu məsələ hər gün diqqətimizdədir”.

O Beynəlxalq Mətbuat İnstitutunun məlumatına görə ölkədə 3 jurnalistin həbsdə olduğunu bildirib.

İcraçı direktor 8 jurnalistin həbsdə saxlanması ilə bağlı suala cavabda deyib ki, “bunu təsdiq edən faktlarınız varsa bizə təqdim edin”.

Sizə elə gəlmir ki, bəyanatlarınız kağız üzərində qalır, heç bir rol oynamır?” sualının cavabında deyib:

“Hesab edirəm ki, Eynulla Fətullayevin azad olunmasında bəyanatlarımız müsbət rol oynayıb.

Alison Betel MakKenzi həmçinin son günlər Prezident Administrasiyasının qarşısında iki jurnalistin bir neçə saat saxlanması və onların istifadə etdiyi alətlərin alınmasından da danışıb. “ Bu bizi çox narahat edir”.

İcraçı direktor Rusiyada da mətbuat azadlığı ilə bağlı konfrans keçirildiyini deyib. “Rusiyada mətbuat azadlığı Azərbaycandan qat-qat pisdir”, - qeyd edib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG