Accessibility links

Bloger Mehman Hüseynov təxribatla üzləşdiyini deyir


Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynov səbəbi jurnalist fəaliyyətində, hakimiyyəti və dövlət məmurlarını tənqid etməsində görür

Dekabrın 23-də bloger Mehman Hüseynov təxribatla üzləşdiyini deyib.

Blogerin öz Facebook səhifəsində yazdığına görə, cümə gün saat 15.10 radələrində o, evdən çıxıb və öz məhəlləsindən çıxarkən artıq mülki geyimli bir şəxsin maşından enərək onun arxasınca gəldiyini görüb.

Mehman Hüseynov avtobusla gedərkən və bərbərxanaya girdikdə izlənildiyinin davam etdiyini yazır.

“Bərbərxanadan çıxarkən dostlarıma zəng etdim və mənə qarşı təxribat hazırlandığı barədə xəbərdarlıq etdim”, deyə Hüseynov yazır.

Bloger daha sonra bərbərxanadan çıxarkən onu izləyən bir nəfərə daha üç nəfərin qoşulduğunu görüb.

“Mən əks istiqamətə getdim, amma bu şəxslərdən biri düz gözlərimə baxaraq üstümə gəldi, var gücü ilə mənim çiynimə vurdu və əlimdən yapışdı. Elə arxadakılar da biz tərəfə gəlməyə başldılar. Dərhal onun əlindən çıxıb naməlum istiqamətə qaçmağa başladım”, deyə Hüseynov yazır.

Mehman Hüseynov hesab edir ki, onu davaya cəlb etmək və sonradan xuliqanlıqda ittiham etmək, ya da üstünə narkotik atmaq istəyirdilər. O bu insanların polis, ya da hansısa məmurun adamları olduğunu bilmir.

Mehman Hüseynov səbəbi jurnalist fəaliyyətində, hakimiyyəti və dövlət məmurlarını tənqid etməsində görür.

“Görünür bu reportajlar onları qorxuya salıb və məni aradan götürmək qərarına gəliblər. Amma xeyri yoxdur, mən dayanmayacağam, məmur özbaşnalıqlarına, qanunsuzluğa, saxtakarlığa göz yuman deyiləm.

Bilmirəm bu sifarişin arxasında kim durub, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Ramil Usubov və ya başqa kimsə. Mənə qarşı atılan hər belə addım bu hökümət tərəfindən atılır”, deyə bloger qeyd edir.

Son vaxtlar Hüseynov Facebook-da öz SANCAQ production səhifəsində FHN rəhbəri Heydərovun, nəqliyyat naziri Məmmədovun, əmək naziri Səlim Müslümovun, Bakı meri Hacıbala Abutalıbovun, keçmiş deputat Qalib Salahzadənin, deputat Tahir Süleymanovun villaları haqqında reportajlar dərc edib.

XS
SM
MD
LG