Accessibility links

ABŞ mediası: Pxenyan nüvə başlıqlarına malikdir


Birləşmiş Ştatlar Şimali Koreyanın raketlərdə yerləşdirilə biləcək miniatür nüvə başlıqlarına malik olduğu haqda nəticə çıxarıb.

ABŞ-ın Washington Post qəzeti və NBC News tele kanalı kimi media vasitələrinin verdiyi məlumata əsasən, Müdafiə nazirliyinin kəşfiyyat agentliyi keçən ay Pxenyanın dünyanın doqquzuncu tam nüvə qabiliyyətli ölkəsi olmaq səylərini inkişaf etdirərək, nüvə başlıqlarına malik olduğuna dair nəticə çıxarıb.

Washington Post qəzeti müdafiə nazirliyinin çıxardığı nəticə ilə bağlı hesabatına istinadən “Şimali Koreyanın ballistik raketlər, o cümlədən, qitələrarası raketlər üçün nəzərdə tutulmuş nüvə başlıqlarına malik olduğu” haqda məlumat verib.

BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalarla bağlı səsvermə
BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalarla bağlı səsvermə

Şimali Koreya bu yaxınlarda keçən ay sınaqdan keçirdiyi qitələrarası ballistik raketin ABŞ ərazisinə çatmaq qabiliyyətinə malik olduğunu bildirib. Pxenyan indiyə qədər bu kimi iddia ilə çıxış etməyib.

Washington Post ABŞ-ın Pxenyanın hazırda 60 nüvə başlığına malik olduğuna dair qənaətə gəldiyi haqda məlumat verib. Bəzi ekspertlər bu rəqəmin bundan çox güman ki iki dəfə daha az olduğunu düşünür.

ABŞ Müdafiə nazirliyinin hesabatı ilə bağlı Amerika mediasında bu məlumatlar Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli dövlətlərinnin Şimali Koreyanın hərbi ambisiyalarının qarşısını almaq üçün yeni ölçülər götürdüyü bir vaxta təsadüf edir. Keçən həftə BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın illik ixracatdan 3 milyard dollarlıq gəlirlərini 1 milyarda qədər kəsmək səyləri çərçivəsində Pxenyana qarşı yekdilliklə yeni sanksiyalar qəbul edib.

ABŞ prezidenti Donald Tramp beynəlxalq ictimaiyyətin Şimali Koreyanın nüvə silahlarının inkişaf etdirilməsinin qarşısının alınması ilə bağlı mövqeyini razılıq hissi ilə qarşılayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG