Accessibility links

İslam Şıxəli: Meydan TV və AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı suallar oldu... [Video]


İslam Şıxəli: Suallar oldu “Meydan TV” , “Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı ....
please wait

No media source currently available

0:00 0:04:50 0:00

Jurnalist prokurorluqda ifadə verib

Kirayə qaldığı mənzilindən kompüteri, telefonu, sənədləri, video kamerası, yaddaş kartlarıı götürülən müstəqil jurnalist İslam Şıxəli sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində iki saatdan çox ifadə verib.

Buraya gəldiyimin nə ilə bağlı olduğu çox da aydın olmadı. Məsələn, ”Meydan TV” ilə, AzadlıqRadiousunun fəaliyyəti ilə, yaşadığım evlə, evimdən götürülən əşyalarla bağlı suallar oldu. Qazancımla bağlı suallar oldu. Bu səpkidə suallar oldu, bildiyim qədər cavab verdim.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, yaşadığı mənzildə axtarışdan sonra dostu Orxan Rüstəmzadəni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriblər.

“Buraya gəldiyimin nə ilə bağlı olduğu çox da aydın olmadı. Məsələn, ”Meydan TV” ilə, AzadlıqRadiousunun fəaliyyəti ilə, yaşadığım evlə, evimdən götürülən əşyalarla bağlı suallar oldu. Qazancımla bağlı suallar oldu. Bu səpkidə suallar oldu, bildiyim qədər cavab verdim”, deyə o qeyd edib.

Kirayə qaldığı evində axtarışla bağlı heç bir bildiriş gəlmədiyini bildirən İslam Şıxəli bu axtarışın daha əvvəldən planlaşdırıldığını deyib.

“Yəqin ki, daha əvvəldən izləyiblər evi. Çünki onlar bilirləşmiş ki, mənim evimdə kompüter var. İstintaq materiallarına əlavə etmək üçün gəlmişdilər. Mənzilimdə kameralar, kompüterlər, kartlar, bir telefon, bank çekləri, bir də AzadlıqRadiosu bağlananda orada işləyənlərin diplomları, hansısa mükafatların kağızları var idi. Suallar verdilər ki, bunlar sənin nəyinə lazımdır“, o bildirib.

Bununla belə, İslam Şıxəliyə istintaq idarəsində konkret adamları göstərərək, onlarla hansı əlaqələrin olmasını soruşublar.

“Açığı soruşduqları adamlarla yaxın münasibətlərim yoxdur. Hansısa tədbirlərdə, konfranslarda, məhkəmələrdə təsadüfən görüşlərimiz olub”, Şıxəli deyib.

Avropada qərargahlanan Meydan TV öz proqramlarında insan haqları və demokratiya məsələlərinə geniş yer verir.
Avropada qərargahlanan Meydan TV öz proqramlarında insan haqları və demokratiya məsələlərinə geniş yer verir.

Atılacaq addımlara gəldikdə isə, bu idarədə bir neçə dəfə dindirildiyini xatırladıb.

“Bu təsadüfi hal deyil. Jurnalistlərin ifadə verməsi, dindirilməsi, polisə aparılması, bu artıq normal hal kimi qəbul olunmalıdır bizim ölkədə. Sonrakı addımlarımızın nədən ibarət olacağını mən hələ bilmirəm”, o qeyd edib.

Jurnalistlərin fəaliyyəti ilə bağlı İslam Şıxəli bildirib ki, xarici və yerli mediaların fəaliyyəti çox aydın deyil.

“Jurnalistlərin prokurorluğa çağırılması, polisə aparılması halları ola bilsin ki, gənc jurnalistlərdə, bir az tərəddüd edən jurnalistlərdə hansısa qorxu yarada bilsin. Mən deməzdim ki, bunu fəaliyyətimə məhdudiyyət qoyulması kimi qiymətləndirirəm. Çünki, mənim fəaliyyətim qanunla tənzimlənir. Qanunla vergi ödəyicisi olmuşam. İndi heç bir gəlirim olmadına görə vergi ödəciyisi deyiləm”, o bildirib.

Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəlinin kirayə qaldığı mənzilində axtarış aparıb. Mənzildə jurnalistə məxsus media ləvazimatları və başqa əşyalar, sənədlər götürülüb.

Jurnalist bildirib ki, axtarış zamanı vəkilin iştirakına şərait yaradılmayıb.

XS
SM
MD
LG