Accessibility links

Dövlət ittihamçısı Rauf Mirqədirova 7 il həbs istəyib


Proses dekabrın 23-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan "Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı keçirilib. İclasda dövlət ittihamçısı çıxış edərək R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 23-də davam etdiriləcək.

Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) ittiham olunur. Jurnalist ittihamı rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG