Accessibility links

Rauf Mirqədirovun hökmü qeyri-müəyyən vaxtadək təxirə salınıb [Video]


Rauf Mirqədirov
Rauf Mirqədirov

Jurnalist məhkəmədə son söz deyərək bəraət istəyib

Dekarrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov son söz söyləyərək bəraət istəyib.

Təqsirləndirilən şəxs qismində çıxış edən jurnalist özünü irəli sürülən ittihamlarda təqsirli bilməyib və ittihamları əsassız adlandırıb.

Vəkil Fuad Ağayev jurnalist Rauf Mirqədirovun son sözündən danışıb
please wait

No media source currently available

0:00 0:02:32 0:00

R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, məhkəmə müşavirəyə gedib və hakim məhkəmənin qeyri-müəyyən vaxta qədər təxirə salındığını deyib.

Vəkil Fuad Ağayev bildirir ki, Mirqədirov müdafiə çıxışında bəraət üçün əsasları sadalayıb.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Prokuror bundan əvvəlki prosesdə Raif Mirqədirova 7 il həbs cəzası istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG