Accessibility links

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum olunub [Video]


Rauf Mirqədirov 6 il azadlıqdan məhrum olunub
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Rauf Mirqədirov 6 il azadlıqdan məhrum olunub

Vəkil Fuad Ağayev hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə "Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirova hökm oxunub.

Hökmə əsasən, məhkəmə Rauf Mirqədirovu dövlətə xəyanətdə təqsirli bilərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edib.

Vəkili Fuad Ağayev hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib. Onun fikrincə, məhkəmədə jurnalistin təqsirli olması sübut olunmayıb.

Vəkilin sözlərinə görə, hakim hökmü tam oxumayıb. O, məhkəmənin hökmünü siyasi sifarişli hesab edir.

Amerikanın Səsinin müxbiri də məhkəmə hökmünün oxunuşu hissəsini izləyib.

"Hakim Rauf Mirqədirovun məhkəməyə verdiyi ifadələri oxudu, onun məqalələrinin Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olduğunu, münaqişənin həllinin hərbi yolla mümkünlüyü barədə və hələ hərbi yolla həllin yetişmədiyi barədə fikirlərinə istinad etdi. Bundan dərhal sonra isə məhkəmə istintaqı zamanı Rauf Mirqədirovun təqsirliyinin sübut olunduğunu dedi və hökmü elan etdi", Amerilkanın Səsinin məhkəmədə olan müxbiri bildirib.

Fəaliyyətini dayandırmış "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı da məhkəmənin hökmünü siyasi adlandırıb. O, Rauf Mirqədirovun həbsində Rusiyanın maraqlı olması fikri ilə razılaşır. "Rauf Mirqədirovun Rusiyanın regiondakı siyasəti ilə bağlı yazıları Rusiyada ictimai fikrə təsir etməsə də Azərbaycanda Rusiya ilə bağlı fikir formalaşdıra bildirdi", o qeyd edib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Prokuror bundan əvvəlki prosesdə Raif Mirqədirova 7 il həbs cəzası istəyib.

XS
SM
MD
LG